• Şikayət et

Messi yenə qol vurdu, Argentina Meksikanı üstələdi - VİDEO

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir oyun baş tutub.

Sportinfo.az xəbər verir ki, C qrupunun II turunda Argentina və Meksika komandaları üz-üzə gəlib.

Qarşılaşma Argentinanın 2:0 hesablı qələbəsi ilə bitib. 64-cü dəqiqədə Lionel Messi baxımlı qola imza atıb. 87-ci dəqiqədə isə Entso Fernandes fərqi daha da artırıb.

Mundialda birinci qələbəsini əldə edən "tanqoçular" ilk üç xalını qazanıb və ikinci pilləyə yüksəlib.

Qrupa 4 xalla Polşa kollektivi başçılıq edir. Səudiyyə Ərəbistanı 3 xalla üçüncü, Meksika 1 xalla sonuncu sıradadır.

Mənbə:
0
116
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar