“Milan” yeni müqavilə ilə kapitanını dəyişdi

“Milan” klubu kapitanını dəyişib.
 
AzxeberSport saytının məlumatına görə, “rossonyerlər” sarğını müdafiəçi Simon Kyaerə vermək qərarına gəlib.
 
A seriyası təmsilçisi Danimarka millisinin kapitanının gələn ilin yayına qədər olan müqavilə müddətini daha 2 il artırmağa hazırlaşır. Tərəflər arasında danışıqlar artıq müsbət yekunlaşıb və 32 yaşlı oyunçu yeni mövsümdən komandaya liderlik edəcək.
 
Qeyd edək ki, “Milan”ın ötən mövsümdəki kapitanı digər mərkəz müdafiəçisi Alessio Romanyoli olub.
Mənbə:
0
80
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar