Analoq.az xəbər verir ki, millət vəkili Razi Nurullayev "Facebook" hesabında dələduz və fırıldaqçı, İmişli rayon sakini, vəkil Əhmədov İlham Qüdrət oğlu barəəsində paylaşım edib.Millət vəkili haqqında bəhs etdiyimiz vəkilin fotosunu paylaşaraq bunları qeyd edib:
Şəkildə gördüyünüz İmişli rayonu, Aranlı kənd sakini, fırıldaqçı və dələduz vəkil Əhmədov İlham Qüdrət oğludur. İmişlinin üz qarası. Dələduzluq və fırıldaqçılıq üstündə həbsdə yatıb. Vəkillər kollegiyasından qovulub. Bir neçə nəfərin ərizəsi var ki, onlardan fırıldaq yolu ilə pul alıb ki, işlərini məhkəmədə düzəldəcək. Şəhid ailələrinə və qazilərə belə dil uzadıb.
Bu şəxsin fırıldağı və dələduzluğa ilə bağlı əziyyət çəkən qurbanlardan xahiş edirəm ki, mənə müraciət etsinlər. Ayrıca olaraq, çox adamları təhqir edib, söyüb və tərbiyəsizlik edib. Biz onun cəzalandırılmasına nail olmalıyıq və olacağıq. Güzəşt yox.
Qeyd:
Bu gündən sosial şəbəkələrdə söyüş söyənlərə, təhqir edənlərə, ona şərait yaradanlara və onların sahiblərinə, dələduzlara və fırıldaqçılara mübarizə aparmaq istəyimi bildirirəm. Hüquqi, siyasi, qanuni yollardan tam istifadə edəcəm və cəzalandırılmalarına nail olacam. Hər kəsi qoşulmağa dəvət edirəm. Əgər vaxtında dayandırmasaq, hər kəsin qapısı döyüləcək.
Xaricdə olanlara əl çatmırsa, daxildə ailə tərbiyəsini göstərənləri cəzalandıra bilərik. Xaricdə olanlara da hüququn əli ilə çatacağıq və yaxın günlərdə səfirliklərlə görüşə başlayıram və həmin ölkələrə də səfər edəcəm. Hər kəsin ailəsi, uşağı, qızı, gəlini var. Rüşvətxorlara, vətəndaşlara arxa çevirən məmurlara qarşı mövqeyimiz necəsə, söyüş söyən və təhqir edənlərə də eyni olacaq.
İkinci qeyd: bu şəxs nə qədər fırıldaqçı və dələduz olsa da şəxsiyyəti alçaldan ifadələrə yer verməyin. Yoxsa, siz də onun kimi görünərsiniz.
Analoq.az