• Şikayət et

Millimizin koronavirusa yoluxmuş oyunçuları bu gecə…

Koronavirusa yoluxmuş Azərbaycan millisinin futzalçıları Rövşən Hüseynli və Qallonun komandaya qoşulacağı vaxt açıqlanıb.

Sportinfo.az xəbər verir ki, hər iki oyunçu yanvarın 28-də düşərgədə olacaq.

Onlar bu gecə sonuncu karantin gününü basa vuracaqlar. Həmin futzalçıların PCR testi yanvarın 22-də pozitiv çıxıb.

Yığma bu gün sonuncu görüş üçün Amsterdama yola düşəcək və orada ilk məşqini keçirəcək.

Hazırda qrupda 1 xalla üçüncü olan Azərbaycan seçməsi sonuncu matçını yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək.

Azərbaycan yığması qrupdan çıxmaq üçün son turda böyük hesabla qallib gəlib, İspaniyanın Gürcüstana uduzmasını gözləməlidir.

Mənbə:
0
85
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar