• Şikayət et

Millimizin müdafiəçisinə görə 10 min istənilir – Premyer Liqa klubundan

Samet Karakoçun “Bayrampaşa”dan “Qəbələ”yə transferində problem yaranıb.

Türkiyənin III Liqa klubu müqavilə müddəti yayda bitəcək müdafiəçini təzminatsız buraxmaqdan imtina edib.

Aşağı liqa təmsilçisi bunun üçün qarşı tərəfdən 10 min dollar kompensasiya istəyib.

2021-ci ildə milliləşdirilən türkiyəli ölkəsi əvvəl U-19, daha sonra U-21-ə dəvət alıb. 20 yaşlı mərkəz müdafiəçisi “Fənərbağça”nın yetirməsidir.

Müdafiənin sol cinahında da oynamağı bacaran Samedə hələ ötən sezon Premyer Liqamızda çıxış etmək təklif olunub.

O isə Türkiyədən ayrılmağa hazırlaşmadığını, ölkəsində daha üst liqalardan dəvət gözlədiyini söyləmişdi.

Indi isə vəziyyət dəyişib və “Qəbələ”nin avrokuboklara vəsiqə qazanmaq üzrə olması onun mövqeyinə təsir göstərib.

SPORTİNFO.AZ

Mənbə:
0
98
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar