“Molekulyar hüceyrə biologiyası” kitabı Azərbaycan dilinə tərcümə olunub  

AMEA Biofizika İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru Kərim Qasımov Massaçu­setts Texnologiya İnstitutunun “Molecular Cell Biology” (“Molekulyar hüceyrə biologiyası”) kitabını Azərbaycan dilinə tərcümə edib.

 

Biofizika İnstitutundan Aztibb.az-a bildirilib ki, “Molekulyar hüceyrə biologiyası” kitabı Harvard, Kornel və Kaliforniya universitetlərinin tanınmış alimləri tərəfindən hazırlanıb. 2016-cı ildə “Springer” nəşriyyatında çap olunan kitab biotibb, molekulyar hüceyrə sahəsində son illərin eksperimental tədqiqatlarına əsaslanan mühüm nailiyyətləri özündə əks etdirir.

 

Dünyanın bir çox dillərinə tərcümə olunan kitab biofizika, biokimya, fiziologiya, molekulyar biologiya, hüceyrə biologiyası, tibb və digər sahələr üzrə ixtisaslı kadrların hazırlanması üçün dəyərli dərs vəsaitidir.

    Mənbə:
    0
    92
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar