• Şikayət et

Moskva görüşü: Paşinyanın təyyarəsi havada qaldı - Video

Azərbaycan və Ermənistan liderlərinin bir neçə dəqiqə fərqlə Moskvaya uçuşu nəticəsində Paşinyanın olduğu təyyarə havada qalıb.

Axar.az xəbər verir ki, bu barədə "Rusiya 1" telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü ilə bağlı reportajda qeyd olunub.

Reportajda üçtərəfli görüşün pərdəarxası görüntüləri yer alıb.

Bildirilib ki, Paşinyanın təyyarəsi Tula şəhəri üzərinə bir dəfə dövrə vurub ki, ilk olaraq İlham Əliyev Moskvaya ensin. Bunun səbəbi Kremldəki protokol qaydalarıdır. Qaydalara görə, ölkə liderləri rus əlifbası ardıcıllığı ilə Kremlə daxil olmalıdır.

Həmçinin qeyd olunur ki, görüşün açıq şəkildə keçirilən hissəsində, eləcə də görüş yekunlarının təqdim olunması zamanı Əliyevlə Paşinyan bir dəfə də olsun bir-birinə baxmayıblar.

Mənbə:
0
1330
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar