• Şikayət et

Ümumdünya Səhiyyə Təşkilatından yeni epidemiya xəbərdarlığı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qlobal Yoluxucu Xəstəliklərə Hazırlıq Qrupu Covid-19-dan sonra baş verə biləcək epidemiyalarla bağlı xəbərdarlıq edib. ÜST-nın məlumatına görə, koronavirusdan sonra yeni epidemiya həşəratlar vasitəsilə yayılacaq. virtualaz.org xarici mətbuata istinadən xəbər verir ki, təşkilat milçək və gənə kimi həşəratlardan yayılacaq yeni xəstəliyin qlobal epidemiyaya çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Elm adamları Zika virusu və Denq qızdırması kimi xəstəliklərin yeni pandemiyaya səbəb ola biləcəyini qeyd ediblər. “Zika virusu kimi patogenlər yayıla bilər. Xəstəliklərin yayıla biləcəyi bölgələrdə 4 milyarda yaxın insan yaşayır”, - təşkilatın açıqlamasında deyilir.

Qlobal Yoluxucu Xəstəliklərə Hazırlıq Qrupunun direktoru  Silvie Briand bildirib ki, koronavirus pandemiyasının yayılmasından iki il ötüb. Bu cür epidemiyalara hazırlıqlı olmamağın nəticələrini hamı izlədi: “2003-cü ildə Sars və 2009-cu ildə influenza virusu ilə birlikdə bu cür virusların yayılmasının şahidi olduq. Sıradakı pandemiyanın arboviruslardan olması böyük ehtimaldır. Ayrıca riskin artdığına dair bəzi işarətlər də var”.

Ümumdünya Səhiyyə Təşkilatının Qlobal Arbovirus Təşəbbüsünün açılışında çıxış edən Briand deyib ki, 2016-cı ildən bəri 89 fərqli ölkədə Zika virusu qeydə alınıb, sarı qızdırma xəstəliyinin də 2000-lərin əvvəlindən bəri artdığı müşahidə edilir. Mütəxəssislər sarı qızdırma və Zika virusu ilə birlikdə Chikungunya adı ilə tanınan daha bir xəstəliyin yayılacağından narahatdılar.

ÜST-nın yüksək vəzifəli şəxslərindən Mike Ryan isə bildirib ki, elimizdəki sistemləri gözdən keçirməli və xəstəlikləri yaxından izləməliyik.

virtualaz.org

Mənbə:
0
4708
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar