2019-cu il iyulun 15-də Suraxanı RPİ 30-cu PŞ-dən rayon prokurorluğuna inzibati ərazidə yaşayan Ruslan Faxrətovun bıçaqla özünə xəsarət yetirməsi və ölməsi barədə məlumat daxil olub. Dərhal onun yaşadığı əraziyə polis əməkdaşları cəlb olunub.
Musavat.com BAKU TV-yə istinadən xəbər verir ki, Ruslan Faxrətovun meyiti aşkar edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İlkin ifadələində Şahanə Faxrətova həyat yoldaşının boğazına bıçaq batmasından ümumiyyətlə məlumatı olmadığını göstərib.
Növbəti ifadəsində əlində bıçaqla Ruslanın olduğu otağa gedib, özünü öldürəcəyini deməsini, ərinin onu itələyərək yerə yıxmasını və üstünə yıxılan kimi kəsici alətin boğazına batmasını göstərib. Hadisədən 6 ay sonra, 2020-ci il yanvarın 26-da Bakı şəhər sakini Şahanə Faxrətova (1991-ci il təv.) şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaqla müəyyən edilib ki, Şahanə Faxrətova 2012-ci ildən Ruslan Faxrətovla rəsmi nikahda olduğu halda, ayrı-ayrı vaxtlarda öz təşəbbüsü ilə tanış olduğu kişilərlə mütəmadi intim əlaqələrdə olub. 2019-cu il iyulun 14-ü gecə yarısı Hövsan qəsəbəsində yaşadıqları mənzildə əri xəyanət etməsi barədə məlumatı olduğunu bildirərək, onu yataq otağından qovub.
Növbəti gün qadın rüsvay olmasının qarşısını almaq və xəyanətini gizlətmək məqsədilə həyat yoldaşını öldürməyi qərarlaşdırıb. Səhər saat 8 radələrində məişət təyinatlı mətbəx bıçaqla 2 dəfə boyun və bel nahiyəsindən zərbələr vuraraq Ruslan Faxrətovu qəsdən həyatdan məhrum edib.
Şahid Elçin Dadaşov bildirib ki, özünə məxsus "Mersedes C klass” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Şahanəni müşətəri kimi apardığı zaman tanış olub. Bu zaman şahanə özünü Nuranə kimi təqdim edib. Onlar Şahanənin yaşadığı evdə dəfələrlə görüşüblər. Sonra aralarındakı Münasibəti Elçinina iləsi bildiyindən sonuncu onunla münasibətləri dayandırıb. Lakin, onun ərinin ölümü ilə bağlı məlumatı olmayıb.
Şahid qismində dindirilmiş Fərid Məmmədov və Fərhad Aqayev ifadələrində, 2017-ci ildə Şahanə Faxrətova ilə yaşadığı evdə görüşüb, cinsi əlaqədə olduqlarını göstəriblər.
Şahid Cahan Nuriyeva bildirib ki, Şahanə Faxrətova ilə birlikdə Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli orta məktəbdə oxuyub. Şahanə ilə həmin qəsəbədə qonşuluqda yaşayıb. 2012-ci ildə Şahanə öz qohumuna ərə gedib. Mütəmadi telefonla danışıblar. Söhbət zamanı Şahanə ona ərinə xəyanət etdiyini, görüşdüyü oğlanlara özünü Nuranə kimi təqdim etdiyini deyib.
Şahanənin gəzdiyi oğlanlardan biri — 21 yaşlı Əsgər Cabbarovu 2016-cı ildə avtomobil vurub, öldürüb. Bir dəfə onunla Əmircan qəsəbəsində həmin şəxsin qəbrini ziyarət etməyə gedib. Səhv etmirsə Şahanə «İnstaqram» sosial şəbəkəsinə «Nura92» adı ilə daxil olaraq, oğlanlarla tanış olub. Əksəriyyətinə həyat yoldaşını öldüyünü deyib.
Məhkəmə iclasında Şahanə Faxrətova ittiham üzrə özünü təqsirli bilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Faxrətova 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.
Avropadakı sığınacaq mərkəzlərində son 3 ildə 18 mindən çox kimsəsiz miqrant uşaq və gənc itkin düşüb.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, Avropada itkin düşənlərin sayını araşdıran "Argos" tədqiqat proqramın açıqlamasına görə, Avropa itkin düşən miqrantları qeydə almadığına görə bu say daha çox ola bilər.
Avropanın 30 ölkəsi ilə Norveç, İsveçrə və Moldovanın rəsmi məlumatlarına əsaslanan araşdırmaya görə, 2018-2020-ci illər arasında ümumilikdə 18292 kimsəsiz uşaq və gəncin "naməlum yerə getdikləri" qeyd edilib.
Araşdırmaya görə, itkin düşən uşaqlar və gənclər insan alveri və köləlik qurbanı olmaq riski ilə üzləşirlər.
Ümumiyyətlə, Avropa ölkələrinin əksəriyyəti itkin düşən uşaqların milliyətini qeyd etmir. Məlumata görə itkin düşənlərin əksəriyyəti Qvineya, Əlcəzair, Əfqanıstandan olan uşaqlar və gənclərdir.
Xüsusilə də yetkinlik yaşına çatmayan bu cür uşaqlar cinayətkar şəbəkələrin çox asanlıqla "ovuna" çevrilə bilir.
Lakin ehtimallara görə, itkin düşən miqrant uşaqlar və gənclərin bəziləri ya qohumlarının yanına gedib, ya da başqa ölkəyə köçüb.
Xalidə Gəray
Musavat.com
Qarabağdakı memarlıq abidələrinin bərpası üçün bizə 50-100 il vaxt lazımdır.
Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında memar Elçin Əliyev deyib. O bildirib ki, abidələrin bərpası prosesində tələsməli deyilik:
“Düzdür, biz digər ölkərin aparıcı şirkətlərini də bu prosesə dəvət etmişik. Lakin il ərzində 5-15 memarlıq abidəsindən artıq abidə bərpa edə bilmərik. Burada minlərlə abidədən söz getdiyi üçün siyahı tərtib etməliyik. Hansı abidənin nə zaman bərpa edilməsi barədə proqram olmalıdır. İşləri keyfiyyətlə görməliyik ki, abidə 1000 il bundan sonra da qalsın”.
Memar onu da qeyd edib ki, ilk növbədə Şuşa, Ağdamdakı məscidlər, monastr kompleksləri da daxil olmaqla dünya səviyyəli memarlıq abidələri bərpa edilməlidir.
ABŞ Azərbaycana qarşı yeni hücum kampaniyasına start verib. Bu dəfə okeanın o tayından Azərbaycan hakimiyyətini trol dəstələri saxlamaqda suçlamağa başlayıblar. Bu haqda “Amerikanın səsi”, “ The Guardian” kimi mətbuat orqanları yazır, müsahibələr dərc edir. Belə ki, “Amerikanın səsi” Klemson Universitetinin professoru Dr. Daren Linvillə müsahibə yayımlayıb. Sosial şəbəkədə trol fəaliyyəti ilə bağlı olan müsahibədə jurnalist qəsdən müsahibi “avtoritar dövlətlər” adı altında Azərbaycana tərəf yönəldir və fikirlərini almağa çalışır. Linvill Azərbaycanın bu təcrübəni Rusiyadan götürdüyünü deyir: “Azərbaycan rejimi sosial mediadan, xüsusilə də Facebook və Instagramdan ölkədəki alternativ perspektivləri aradan qaldırmaq üçün vasitə kimi istifadə edib”. Daren Linvill bu məsələ ilə bağlı Rusiyanı da ələşdirib və Bayden hökumətini saxta profillərlə mübarizəyə səsləyib.
Buradan çıxan əsas nəticə budur ki, Qərbdəki dairələrin Rusiyada, Türkiyədə, Azərbaycanda sosial şəbəkə üzərindən reallaşdırmaq istədikləri inqilab cəhdləri fiasko olub. Avropada məskunlaşan “söyüş mediası” və “təhqir müxalifəti” bu layihənin tərkib hissələrindən biridir. Neçə illərdir ki, xaricdəki bu adamlar vasitəsilə Azərbaycanda qarışıqlıq yaratmaq istəyirlər. Azərbaycan hakimiyyətinin Qarabağı azad etməsi ölkədə sosial-siyasi vəziyyəti dəyişib. Amma Qərb Azərbaycana qarşı saxladığı, təşkilatlandırdığı trol dəstəsinin fəaliyyətini daha da gücləndirməkdədir. Azərbaycan iqtidarını trol dəstələri saxlamaqda suçlayan Qərb dairələri özləri İlham Əliyevi devirmək üçün neçə illərdir trol şəbəkəsi yaradıb, hökumətin üstünə salıb. İndiyədək xeyli siyasi fəal ABŞ-da və bəzi Avropa ölkələrində ekstremal şəraitlərdə sosial media üzərindən ictimai rəyin idarə olunması mövzularında seminarlara qatılıb, kurs keçiblər. Bu seminarlarda iştirak edənlərin bütün xərci təşkilatçılar tərəfindən ödənilib. Maraqlıdır ki, dəvətlər və seminarlar rəsmi sənədlərdə tamam başqa adlarla göstərilib.
Qeyd edək ki, “The Guardian” Yeni Azərbaycan Partiyasının təkzib müraciətindən sonra “Facebook bizim kimi ölkələrlə maraqlanmır”: Azərbaycan trol şəbəkəsi qadağadan bir neçə ay sonra geri qayıdır" sərlövhəli məqaləsinə düzəliş vermək qərarına gəlib. Bu barədə “Report”a partiyadan məlumat verilib.
Yazıda qeyd edilib ki, bu məqalə nəşrindən sonra YAP-dan və “Facebook”dan verilən məlumatları daxil etmək üçün 15 aprel tarixində redaktə olunub.
Elçin Mirzəbəyli
Qərbin Azərbaycana təzyiq aləti kimi trol məsələsini ortaya atdığını deyən politoloq Elçin Mirzəbəyli də vurğuladı ki, bu, Azərbaycan üçün köhnəlmiş bir mövzudur: “Əvvəl fəaliyyətdə olan, daha sonra isə sabiq prezident statusu daşıyan bir şəxsin sosial şəbəkə hesablarını bağlayan, onu öz fikirlərini azad şəkildə ifadə etmək hüququndan məhrum edən bir ölkənin ”alternativ perspektivlərdən" danışmağa haqqı yoxdur. Digər tərəfdən, “trol şəbəkəsi” və informasiya müharibəsində trollardan istifadə edilməsi Qərbə, xüsusilə də Birləşmiş Ştatlara aid olan bir texnologiyadır. Vaxtilə bunu Tunisdə, Misirdə və digər ölkələrdə həyata keçirdikləri “məxməri inqilablar” zamanı istifadə ediblər və bu gün də etməkdədirlər".
E.Mirzəbəyli onu da vurğuladı ki, bu gün sosial şəbəkələrdə daha çox Qərbin ayrı-ayrı dairələrinin dəstəyi ilə təxribat layihələrini gerçəkləşdirən siyasilərin, onların QHT sektorunda, mediada, ölkə sərhədlərindən kənardakı uzantılarının sosial şəbəkələrdəki trol dəstələri daha çox nəzərə çarpır: ““Trol” məsələsi Azərbaycanda köhnəlmiş, sürtülmüş, nimdaş mövzudur və əksər hallarda “beşinci kolon”un ölkənin öz imzası ilə çıxış edən siyasilərini, ictimai fəallarını şantaj etmək üçün yararlandığı vasitədir. Bu baxımdan heç bir effekt verməyəcəyini, müvəqqəti kampaniya xarakteri daşıyacağını düşünürəm. Trol məsələsi Azərbaycan üçün aktuallığını itirib".
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli isə bildirdi ki, Azərbaycan totalitar sovet quruluşundan xilas olduğu andan Qərbin köməyi əvəzinə, hər zaman Qərbin təzyiqləri ilə üzləşib: “Bizə necə yol getməyi, necə davranmağı öyrətməyə çalışıblar. Bu xalqın tarixi ilə bağlı bir kəlmə bilməyənlər bizi müzakirə edirlər. Məsələn, Azərbaycan öz torpaqlarını işğaldan azad edir. ABŞ, Fransa kimi dövlətlər isə qışqırır ki, ermənilərə qarşı genosid həyata keçirilir. Ermənilər on minlərlə insanı genosidə məruz qoydu, 1 milyon insanı torpağından qovub çıxartdı, onlar çöllərdə düzlərdə yaşadılar, Qərb bir dəfə səsini çıxartmadı, humanitar yardım göstərmədi, BMT-nin İnsan hüquqları komitəsində müzakirəyə qoymadı. İndi imkan verin bu dövlət başını qaldırsın, qəddini düzəltsin, önünə baxsın. Nəfəs almağa imkan vermirlər. Özlərinin başlarından aşan problemlərini həll etməyə çalışsınlar. Biz Qərbi tənqid edirik, Makronun əməllərini, hər zaman bizə qarşı yaxşı münasibəti olan Almaniyanın son zamanlardakı qeyri-adekvat mövqeyini tənqid edirik. Ancaq bu, trol dəstəsi demək deyil. Bunlar ziyalı ordusudur, dövlətin gördüyü işləri təbliğ edən jurnalist ordusudur. Yaxşı olardı ki, Qərb belə bir halda gənc dövlətə, müharibədən çıxan xalqa dəstək olsun və özlərinin bir nömrəli düşmən hesab etdiyi dövlətin təsirinə düşməsin. Bunun əksinə, bizə badalaq vururlar ki, totalitar quruluşundan xilas olan dövlət yenidən həmin təsir altına düşsün. Bütün bunlar Qərbin bölgədəki prosesləri yaxşı bilməməsinin nəticəsidir”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”
Fəzail Ağamalı: “Güman etmirəm ki, Bayden Amerikanın dövlət maraqlarını erməni təəssübkeşliyinə qurban verə bilsin”
Elxan Şahinoğlu: “Səfirlik növbətçi açıqlamasını təkrarlamağa məcbur qalıb”
ABŞ-ın Azərbaycandakı səfirliyi Prezident İlham Əliyevin aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı zamanı dediklərinə reaksiya verib.
Səfirlik dövlət başçısının arqumentlərinə cavab vermək əvəzinə, koronavirus və digər ənənəvi mövzulara daha çox toxunub. Açıqlamada diqqəti bir məqam daha çox çəkib. Belə ki, bəyanatda yenə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi yer alıb...
Bu da növbəti narazılığa səbəb olub.
Ölkə başçısı konfransda demişdi: “ABŞ yox idi və biz problemi (Dağlıq Qarabağ problemi nəzərdə tutulur - red.) həll etdik. Biz bu vaxta qədər hələ də yeni administrasiyadan mesaj almamışıq. Heç bir mesaj, sıfır... ”Cənab Blinken Paşinyana zəng etdi. Onların nə barədə danışdığını bilmirəm, amma balans yenidən pozulur. Mən demirəm ki, biz cənab Blinkendən zəng gözləyirik. Xeyr.
Ancaq o həmsədrdir. Onlar ən azından balansa uyğun şəkildə davranmalıdırlar. Beləliklə, biz heç bir mesaj almamışıq. ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik. Mən Prezident Baydendən Novruz bayramı münasibətilə xoş bir məktub aldım, bunun üçün minnətdaram. Ancaq bu, yalnız təbrik mesajı idi".
Bu tutarlı arqumentlərə ABŞ səfirliyin cavabı isə belədir: “Amerika Azərbaycanla uzun müddət davam edən eyni dərəcədə vacib 3 sahəyə əsaslanan tərəfdaşlığını yüksək dəyərləndirir: bunlar - demokratiya və insan hüquqları, enerji və iqtisadi əlaqələr və təhlükəsizlik sahəsində sıx əməkdaşlıqdır.
Amerika Birləşmiş Ştatları 1992-ci ildən bu günə qədər Azərbaycana 1.5 milyard ABŞ dollarından çox yardım etmiş, o cümlədən COVİD-19-un təsirlərinə qarşı uzunmüddətli və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə dəstək üçün 6.6 milyon ABŞ dolları həcmində maddi yardım göstərib.
Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla davamlı həllinə nail olunması və barışığın təşviqi üçün ATƏT-in Minsk Qrupunun həmsədri olaraq tərəflərlə işləməyə davam edəcəkdir.
Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlığını mühüm bölgədə vacib əlaqələr hesab etməkdə davam edir. Hər iki ölkəyə qarşılıqlı fayda gətirən məsələlərdə daha çox iştirak etmək imkanlarını müəyyənləşdirməyə davam edəcəyik"...
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı mövzu ilə bağlı danışarkən dedi ki, son illərdə Azərbaycan-ABŞ münasibətlərinin hər iki dövlətin maraqlarına cavab verdiyi vaxtlar da olub: “Amerika bu münasibətlərdən heç şübhəsiz ki, faydalanıb. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, beynəlxalq səviyyədə terrorizmə qarşı mübarizədə Azərbaycan həqiqətən Birləşmiş Ştatların ən yaxın müttəfiqlərindən biri kimi özünü təsdiq edib. İnsan haqları ilə bağlı da əməkdaşlıq gedir. Təbii ki, bundan bəzi hallarda istifadə edildiyinin də şahidi olmuşuq. Unutmayaq ki, vaxtilə Azərbaycanda həyata keçirilməsinə cəhd edilən ”narıncı inqilab" planında baş rejissor rolunda ABŞ səfiri öz fəaliyyətini qurmuşdu. Amma xalqımızın iradəsi bu çirkin planın həyata keçirilməsinə imkan vermədi. Azərbaycan daim Amerika və digər ölkələrlə əlaqələrində üzərinə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirir. Amma üzərimizə təhdidlər gələndə təbii ki, buna uyğun şəkildə mövqe nümayiş etdiririk".
Deputat belə məsələlərdə Amerika prezidentinin kim olmasının böyük əhəmiyyət kəsb etdiyini söylədi: “ABŞ-Azərbaycan münasibətləri Ağ Evin sahibinin kim olmasından daha çox asılıdır. Seçilən şəxs nə dərəcədə Amerikadakı erməni diasporunun və lobbisinin təsiri altındadır, bu amil çox mühüm rol oynayır. Burada Azərbaycanla yanaşı Türkiyəyə olan eyni mövqeyi də unutmaq olmaz. Hazırkı ABŞ prezidenti Co Bayden faktiki olaraq vaxtilə 907-ci düzəlişin müəlliflərindən biridir. O zaman Bayden senator idi, indi isə prezidentdir. Bunlar da fərqli missiyalardır. Ola bilsin ki, vaxtilə o ermənilərin təsiri altında olub və onlara yardım göstərib. Amma indi daha böyük məsuliyyət daşıyır. Tarazlığı gözləməyib ermənilərin yanında yer alarsa, sözün həqiqi mənasında Türkiyə və Azərbaycanla ciddi problemlər yaşaya bilər. Açığı, güman etmirəm ki, Amerikanın dövlət maraqlarını erməni təəssübkeşliyinə qurban verə bilsin. Buna heç inanmaq istəməzdim. Amma görünən budur ki, prezidentin razılığı ilə dövlət katibi Ermənistanın baş naziri ilə əlaqə saxlayıb. Burada isə Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi faktiki tarazlığı pozub.
Bunu cənab Prezident çox doğru şəkildə dedi. ABŞ-ın həmsədr ölkə kimi çox ciddi və böyük məsuliyyəti var. Bərabərliyi hökmən gözləməlidir. Əks halda, imicinə zərbə vurmağa davam edəcək. Cənab Prezidentin bu istiqamətdəki iradları tam olaraq doğrudur.
ABŞ səfirliyinin cavabında hər iki ölkə arasında münasibətlərin üzərində dayanılır. Ancaq təəssüflər olsun ki, həll olunmuş bir problemi indi həll edilməmiş bir problem kimi önə çəkirlər. Bu da bizdə təəssüf doğurmaya bilməz. Dağlıq Qarabağ problemi cənab Prezidentin dediyi kimi, tarixin arxivinə verilib. Sadəcə, işğal altında çox məhdud bir ərazi qalıb. Burada da 50-60 min erməni yaşayır və ölkə başçısının dəfələrlə dediyi kimi, onlar Azərbaycan vətəndaşlarıdır. Amma necə deyərlər, onların ayaqlarının altında şeytan barmağı var. Amerika, Fransa və Rusiya kənara çəkilsə, əmin olun ki, həmin ermənilərlə Azərbaycan münasibətlərini qura bilər. Tezliklə cəmiyyətimizə inteqrasiya olunmaları da mümkündür. Amma təəssüflər olsun ki, bu gün Minsk Qrupunun həmsədrləri buna mane olurlar. Həmsədrlər həqiqətən də regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdırlarsa, o zaman Ermənistana təsir göstərib, minalanmış ərazilərin xəritəsinin verilməsini həyata keçirməlidirlər. Nə qədər xəritələr tez verilsə, münasibətlər bir o qədər tez normalaşa bilər. Biz əsas məsələlərimizi həll etmişik. Dövlətimizin iradəsi ortadadır. 44 günlük müharibə müzəffər Ordumuzun və Ali Baş Komandamızın timsalında özünü açıq şəkildə göstərdi. Bunu Ermənistan və onu müdafiə edənlər yaddan çıxarmalı deyillər”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Əslində Amerika səfirliyi xüsusi bir cavab verməyib. Bildiyim qədərilə “Amerikanın Səsi”nin Azərbaycandakı əməkdaşı sual formasında sorğu göndərib. Sorğuya da cavab verilib. Eyni sözləri yenə də təkrarlayıblar. Demokratiya, iqtisadi əlaqələr filan məsələlər yenidən təkrar edilib. Başqa nəsə də deyə bilməzdilər. Çünki bu səfirin səlahiyyətinə aid deyil. İradlara cavab verə də bilməzlər. Dövlət Departamentinin bəyanatı olsaydı, bu məsələ olardı. Bir səfirlik növbətçi açıqlamasını təkrarlamağa məcbur qalıb”.
Azərbaycan Xarici İşlər Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin gün ərzində zənglərimiz cavabsız qaldı.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Super Liqanın yaradılmasında əsas məqsəd dünya futbolunu xilas etməkdir.
APA xəbər verir ki, bunu Qətər telekanalının jurnalisti “beIN Sports” Tankredi Palmeriyə müsahibəsində Madrid “Real”ının prezidenti və Super Liqanın rəhbəri Florentino Peres deyib.
“Futbolu daha cəlbedici etməliyik, çünki 24 yaşınadək insanların 40%-i artıq bu oyunla maraqlanmır. Bunun üçün bizə az oyun lazımdır, ancaq bu oyunlar top-komandalar arasında keçirilməlidir. Biz bunu özümüz üçün deyil, futbolu xilas etmək üçün edirik”, - deyə Peres bildirib.
Super Liqada 15 təsisçi klubun, eləcə də mövsümdən mövsümə dəyişəcək daha beş komandanın iştirakı planlaşdırılır. Qarşılaşmalar həftənin ortalarında keçiriləcək, klublar öz milli çempionatlardakı oyunu da davam etdirəcək və mövsüm avqustda başlayacaq.
“İndiyə qədər Super Liqada təmsil olunan üç ölkə var. Biz hələ ki beş dəyişən komanda üçün kriteriyaları bilmirik. Bu günə qədər Fransa “PSJ”-sini və Almaniyadan klublar dəvət etmədik. Artıq 12 komandamız var, ancaq 15 olmasını istəyirik. “Bavariya” və ya “PSJ” imtina edərsə, heç kim Super Liqanı ləğv etməyəcək”, - deyə Peres əlavə edib.
Qeyd edək ki, aprelin 19-na keçən gecə Avropanın 12 ən yaxşı klubu Super Liqanın yaradıldığını elan edib. Bunlar İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi” və “Arsenal”, İspaniyanın “Barselona”, "Atletiko” və “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarıdır. Onlar yeni turnirin təsisçi klubları arasında yer alıblar.
Bakı şəhər, Sabunçu rayon 311 nömrəli tam orta məktəbdə ölkədə elan edilən xüsusi karantin qaydalarının pozulduğu müəyyənləşib
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu il keçirilən Novruz bayramı zamanı məktəb direktoru Esmira Muradova heç bir karantin qaydalarına əməl etməyərək, uşaqlar üçün bayram şənliyi təşkil edib.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb:
“Araşdırma zamanı məktəbin rəhbərliyi tərəfindən “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə zidd olaraq Novruz bayramına həsr olunmuş kütləvi tədbirin təşkil edildiyi və xüsusi karantin rejiminin tələblərinin pozulduğu müəyyən olunub”.
“Araşdırmanın nəticələrinə əsasən, Bakı şəhəri 311 nömrəli tam orta məktəbin direktoru Esmira Muradova əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq barəsində intizam tənbeh tədbiri tətbiq edilib.
Bu kimi hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”,- deyə İdarədən əlavə edilib.
Xatırladaq ki, son zamanlar müəllimlər arasında koronavirusa yoluxma və ölüm halları artıb. Kütləvi tədbirlərin də qadağan olunduğu bir vaxtda bəzi direktorların bu cür məsuliyyətsiz hərəkəti müəllimlərin COVID-19-a yoluxmasına və ölüm hallarına səbəb olur.
Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb.
Aprelin 16-da Bakının Səbayel rayonu ərazisində yerləşən “İst hostel”ində iki gənc qadın dəm qazından zəhərlənərək ölüb. Məlumata görə, hadisə hostelin hamam otağında baş verib.
Bu günə qədər əsasən fərdi yaşayış evlərində bu cür hadisələrin baş verdiyinin şahidi olurduq. Hostel, hotel kimi obyektdə belə bir hadisənin baş verməsi geniş müzakirələrə səbəb olub. Bəs bu cür obyektlərdə qaz təchizatına nə dərəcədə nəzarət edilir, bununla bağlı reydlər keçirilirmi?
Mövzu ilə bağlı “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov “Yeni Müsavat”a danışıb. Qurum rəsmisi qeyd edib ki, qazın texniki vəziyyəti ilə bağlı baxış həyata keçirmək “Azəriqaz”ın səlahiyyətində deyil:
“2016-cı ildə ”Qazın istifadə qaydaları haqqında" qərarda edilən dəyişikliklərdən sonra bu səlahiyyət Energetika Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə verilib. Bizim qurum bu işə nəzarət etmir. Ona görə də mənzil daxilində qurğuların hansı vəziyyətdə olması və yaxud hansı avadanlıqlardan istifadə edilməsi, onlara texniki baxış olub-olmaması proseslərinə hər hansı nəzarət mexanizmimiz yoxdur".
Azad İstehlakçılar Birliyinin Kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov isə qeyd etdi ki, ölkədə qaz təchizatına nəzarətlə bağlı çox böyük problemlər var:
“Bildiyiniz kimi, adətən hostellər adi yaşayış evləridir və onlardan hostel kimi istifadə olunur.
Ümumiyyətlə, qaz təchizatına nəzarətlə bağlı çox böyük problemlər var. Dəfələrlə bu barədə mətbuatda məsələ qaldırmışam, lakin çox təəssüf ki, aidiyyəti qurumlar buna biganə yanaşır, reaksiya vermir.
Nüsrət Qasımov
2016-cı ilin 29 oktyabr tarixindən Nazirlər Kabinetinin qərarı ilə bu işlər, yəni daxili qaz kəmərlərinə profilaktik xidmət və nəzarət Fövqəladə Hallar Nazirliyinə verilib. Yəni artıq “Azəriqaz” bu işlərə nəzarət etmir. “Azəriqaz” yalnız yeraltı və yerüstü qaz kəmərlərinin təhlükəsizliyinə və sayğacın çıxışına cavabdehdir. Bu qurum qazın satışı ilə məşğuldur.
Həmçinin Dövlət Qaz Nəzarəti İdarəsi, Yanacaq Energetika Nazirliyinin tərkibində departament var. Onlar nəzarət etməlidir. Axı evdə evdar qadın haradan bilsin ki, qaz cihazlarına necə qulluq edilməlidir. Bunun üçün mütəxəssislər lazımdır və həmin mütəxəssislər 6 aydan bir qaz kəmərlərinə, onların nasazlığına texniki nəzarət etməlidir. Necə olur ki, avtomobillərə ildə bir dəfə texniki baxış keçirilir, amma qaz təchizatına nəzarət edilmir?"
Dəm qazı necə yaranır?
Nüsrət Qasımov bu haqda qeyd edib:
“1 kub/m qazın yanması üçün 9, 5 kub/m hava, oksigen lazım olur. Əgər qaz cihazının üstündə qazan daşırsa, sobalar tutulursa, bu zaman artıq yanma prosesi pozulur. Bu zaman qazın istilikvermə qabiliyyəti aşağı düşür, təzyiq dəyişir və dəm qazının yaranma ehtimalı artır. Bəzən görürük ki, 30-50 il tüstü bacaları təmizlənmir. Bunun hamısına ixtisaslaşmış bir qurum nəzarət etməlidir və nəzarətçilər olmalıdır. Ümumiyyətlə, qaz yanarkən lazım olan oksigen az və ya çox olarsa, bu zaman dəm qazı əmələ gəlir. Yəni karbon 4 oksid əvəzinə karbon mol oksid əmələ gəlir ki, bu da zəhərlidir. Əgər bir otaqda 0, 1 faiz karbon mol-oksid yaranarsa, bu zaman 7-30 dəqiqə ərzində qaz dəmi insanın həyatına son qoyur. Ən yaxşı halda isə şikəst edir.
Baş verən faciələrin səbəbi də qaz təchizatına vaxtında nəzarət edilməməsi, texniki profilaktik işlər aparılmaması, əhalinin bu məsələ ilə bağlı maarifləndirilməməsidir".
Dəm qazından zəhərlənən şəxsə necə yardım etməli?
Ekspertlər qeyd edir ki, zəhərlənən şəxs özünü pis hiss edən kimi açıq havaya çıxmalıdır. Təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər. Zərərçəkəni dərhal təmiz havaya çıxarmaq, kürəyi üstə uzatmaq və yaxasını açmaq lazımdır. İmkan olduqda, oksigen yastıqlarından istifadə edilir. Alın və sinəyə soyuq kompres qoyulmalıdır. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay verilə bilər. Çünki zəhərlənmə zamanı bədənin hərarəti düşür. Zərərçəkmiş huşunu itiribsə, pambığı naşatır spirti ilə isladıb iylətmək lazımdır. Naşatır spirti olmadıqda, onu adi sirkə ilə də əvəz etmək olar. Zərərçəkmiş nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni nəfəs vermək lazımdır. Zərurət olduqda, ürək masajı edilməlidir.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
Bir 20 il öncəni xatırlayın, bir də bu günləri. O zaman Avropaya, Qərbə ümidlərimiz nə qədər böyük idi, indi nə haldadır. Dəyişiklik dünyalar qədər.
Düzdür, indinin özündə də Avropadan danışanda onu yerə-göyə sığdırmayanlar var, amma həm sıraları seyrəlib, həm də arqumentləri zəifləyib.
Biz o zaman düşünürdük ki, Avropa ədalət mücəssəməsidir və bir az səy göstərsək, Azərbaycan həqiqətlərini ona çatdırsaq, Qarabağ münaqişəsində haqlı tərəf olduğumuzdan xəbər tutacaq, zərərçəkənin, bizim tərəfimizdə olacaq.
Olmadı. Özümüzü yeyib-bitirdik, fəryadımız dünyanı başına götürdü, ölkəmizə gələn bütün əcnəbilərə “1 milyon qaçqınımız var”, “ermənilər ərazimizin 20 faizini işğal edib” desək də, hamısı emosiyasız halda dinlədi, eləcə başlarını tərpədib getdilər.
Təmsilçilərimizin qatıldığı bütün beynəlxalq tədbirlərdə nə qədər işğaldan, xalqımızın çəkdiyi iztirablardan danışsaq da, ya dinlədilər və susdular, ya da heç dinləmədilər, sözümüzü yarıda kəsdilər.
Amma biz dövlət və xalq olaraq ümidimizi itirmirdik, “Avropa əvvəl-axır haqlının tərəfində duracaq” deyir, gözləyirdik, ölkəmizə marağı gündən-günə artan Avropa dövlətlərinin həlledici mövqe tutacaqlarına inam bəsləyirdik.
Ölkəmizlə maraqlanan, həftəaşırı öz xüsusi təyinatlı missionerlərini göndərən Avropa dövlətlərinin marağı isə sırf geostrateji və karbohidrogen ehtiyatlarımızın onlara sərfəli şəkildə istismarıyla bağlıydı. Onları Azərbaycanın demokratikləşməsi və ya Qarabağ münaqişəsinin ədalətli həlli az maraqlandırırdı.
Bir ara Azərbaycanda insan haqları və demokratiyanın durumuyla bağlı hesabatlar hazırlayan beynəlxalq təşkilatlar çox fəallıq göstərirdilər. Ancaq Avropanın üstqurum qanunvericilik strukturlarında bir qayda olaraq çox yumşaq, tövsiyə xarakterli qətnamələr qəbul olunurdu.
20 il əvvəl biz elə bilirdik ki, avropalı diplomatlar, parlamentarlar çox dürüst, kristal adamlardır. Elələri gerçəkdən də vardı, amma çox az idilər. Yerdə qalanları işbaz idi, gəlirdilər, yeyib-içib, əylənib gedirdilər, hər cür sovqatlarını aparır, başlarını dolandırırdılar.
Biz uzun illər Avropanın (xüsusilə də Fransa, Almaniya, Hollandiya, Lüksemburq, Avstriya, Belçika, Danimarka, İsveç, Norveç, Yunanıstan kimi ölkələrin) biz qarşı ögeyliyini, ayrı-seçkilik aktları etməsini “xristian qardaşlığı” amilinə bağlamadıq, belə deyənlərin ağzından vurduq, “elə şey yoxdur, günah bizdədir, biz demokratik rejim qursaq, bizə münasibət fərqli olar” deyə düşündük.
Düzdür, biz Avropa standartlarına uyğun bir şey qurmadıq, amma bizimlə düşmən münasibətdə olan və Avropanın sevimlisi halına gəlmiş Ermənistanda bizdən beşbetər durum yarananda, seçkilərdən sonra etiraz mitinqlərində 10-dan çox adam öldürüləndə Avropadan qınaq sədaları ucalmadı. Ermənistanda o qədər adam ölmüş, bizdəkindən ikiqat artıq fəal həbs edilmişdi, amma Avropa təşkilatları o ölkədəki durumu müzakirəyə belə çıxarmırdılar.
Ona görə də hazırda bir sıra Avropa dövlətlərinin paytaxtımızda açılmış Hərbi Qənimətlər Parkı ilə bağlı qopardıqları tozanaq çox da təəccüblü deyil.
Neçə gündür Avropa qəzet və saytları bu barədə yazır, telekanallar bu mövzuda süjetlər verir. Sanki dünya uçub, altlarında qalıblar.
Halbuki müharibənin dəhşətlərini göstərən və içində hər cür eksponat (dəbilqədən tutmuş partlamamış minaya qədər) olan muzeylər özlərində də var. Özləri alman faşizmini lənətləyəndə olar, biz erməni faşizminin qalıqlarını lənət divarına vuranda olmaz.
Bu, açıq-aşkar erməni havadarlığıdır, ikili standartların məhsuludur. Əmin olun ki, II Qarabağ savaşında ermənilər qalib gəlsəydi, daha bir neçə iri şəhərimizi ələ keçirib yağmalasaydılar, Avropa dövlətləri buna susqun yanaşacaq, günahı yenə bizdə görəcək və bu savaşın nəticələrinə qatlanmağımızı tövsiyə edəcəkdilər. Hətta ermənilərin bizdən götürdüyü hərbi qənimətləri sərgiləmələrini alqışlayacaq, həmin parkı ziyarət məbədinə çevirəcəkdilər.
Bu işlər belədir. Təxminən 15 il öncədən yazırdıq ki, Anadolu türkləri demişkən, öz göbəyimizi özümüz kəsməliyik, heç kəsin mərhəmətinə, vicdanına ümid bəsləməməliyik.
Ötən ilin noyabrında elə oldu, Avropadan olmayan dost ölkələrin dəstəyi ilə başımızın çarəsinə baxdıq. Həmin kursu tutub getməliyik. Qərbdən bizə haray yoxdur, olmayacaq. Lap açığı budur ki, Avropa bizi - “Qoca qitə” ilə Asiyanın qovşağında yerləşən bu ölkəni Avropa ailəsinə bu tezlikdə bərabərhüquqlu üzv kimi qəbul etməyəcək.
Qərb cəbhəsindən Rusiyaya qarşı təzyiqlər indi daha kompleks şəkil almağa başlayıb. “Yeni Müsavat” yazır ki, Birləşmiş Ştatlar ABŞ prezident seçkisinə müdaxilə, kiber hakerlik, Ukraynanın təhdid edilməsi və digər zərərli hərəkətlərinə görə cəzalandırılmasını nəzərdə tutan sanksiyalar tətbiq edib. Vaşinqton həmçinin Rusiyanın 10 diplomatını ölkədən çıxarıb.
Rusiya buna cavab olaraq ABŞ-ın 10 diplomatına ölkəni tərk etməli olduqlarını bildirib və Birləşmiş Ştatların səfirinin məsləhətləşmələr üçün vətənə qayıtmasını təklif edib. Amerika həmçinin Rusiyaya qarşı informasiya və psixoloji hücumla təzyiq göstərməkdədir. Rus diplomatların qovulması, Böyük Britaniya ilə Fransanın Rusiya ilə bağlı mövqeləri də Ağ Ev rəhbəri Cozef Baydenin Moskvanı hərbdən öncə məğlub etmək fikrində olduğunu deməyə əsas verir.
Fransa prezidenti Emmanuel Makron da bildirib ki, dünya qüdrətləri Rusiya ilə münasibətlərdə “aydın qırmızı xətlər” çəkməli və bu xətləri keçərsə, Moskvaya qarşı sanksiyaların tətbiq edilməsi ehtimalını nəzərdən keçirməlidir. Makronun açıqlamaları Fransanın Rusiya ilə bağlı əvvəlki mövqeyindən uzaqlaşaraq, müttəfiqi ABŞ-ın mövqeyinə yaxınlaşdığını göstərir.
2017-ci ildə prezident seçilməsindən sonra Fransa lideri dünyanın ən ciddi böhranlarının həllində Rusiyanın dəstəyini almağa ümid edərək, Rusiya ilə Qərb arasında inamsızlıq səviyyəsini azaltmağa çalışırdı. Makronun açıqlamaları indi Birləşmiş Ştatlar və Rusiya arasında 1989-cu ildə “soyuq müharibə”nin bitməsindən sonra ən ciddi gərginliyin yaşandığı vaxta təsadüf edir.
Bütün bunlar isə informasiya və psixoloji hücumdur. Bu, Amerikanın 2003-cü ildə İraqa hücumundan öncəki vəziyyəti xatırladır. Amma Rusiya İraq, Putin Səddam deyil. Pentaqon tank-topla, qoşunla Rusiyaya hücum edə bilməz. Sadəcə, ABŞ-NATO koalisiyası Putini Ukraynada təxribata çəkib, əzmək istəyir. Təhlilçilərin fikrincə, Putin ağıllı oynayır, bu təxribata hələ ki getmir. Getmədikcə də Qərbdən üstünə daha çox siyasi-psixoloji və diplomatik hücum gəlir.
Navalnının tərəfdarlarının yenidən aktivləşməsi də (aprelin 21-nə aksiya təyin ediblər - E.S) bu planın tərkib hissəsi ola bilər. Rusiyanı həm də daxildən sarsıtmaq, qarışdırmaq cəhdləri istisna deyil. Bu ilin yanvarında da Navalnının Putin və ətrafı haqda məlum filmi izlənmə rekordu qırdı, müxalif bloger ölkəsinə gələn kimi hava limanında qandallandı, həbsə göndərildi.
Ardınca Rusiyanın bir neçə şəhərində Navalnı tərəfdarları aksiyalara start verdi. Həmin vaxt Putin Navalnı hücumunu dəf etdi. Görünür, özü türmədə olsa da, Qərb Navalnı amilindən Putinə qarşı istifadə etməkdə maraqlıdır. Həbsdə olan rusiyalı müxalif bloger Aleksey Navalnının aclıq aksiyası keçirməsi və ona tibbi yardım edilməməsindən dolayı səhhətinin kəskin pisləşməsi barədə məlumat artıq iki gündür dünya mediasının gündəmindədir.
Dünya mediasının mövzunu gündəmdə saxlamasının səbəbi isə Qərbin böyük güclərinin bu barədə ardıcıl açıqlamalar verməsidir. Ancaq olduqca maraqlı açıqlamalar gəlir. Məsələn, 44 yaşlı Navalnının yalan, ya doğru, artıq canı ilə əlləşdiyi haqda vəkilinin sözlərinin ardınca ABŞ-dan Rusiyaya edilən çağırışda seçilən ifadələr sanki qəsdən, düşünülmüş şəkildə Kremli qıcıqlandırmağa yönəlib. Yoxsa “Navalnı təcridxanada ölərsə, Rusiya beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşıyacaq”, - deyib, ardınca “müxtəlif tədbirləri nəzərdən keçiririk” misalı hədələyici ton diplomatiya və dövlətlərarası münasibətlərdə qətiyyən keçərli deyil - illah ki, Rusiya kimi dövlətə və Putin kimi liderə.
Ekspertləin fikrincə, ABŞ və Qərb isə Rusiyaya münasibətdə ən aqressiv ifadələri qəsdən seçir ki, Rusiya icra etməsin, fəsadlar yaransın və Rusiyaya əlavə sanksiya və “dövlətlər bloku” formalaşdırmaq üçün imkan qazanılsın. Yəni Navalnının səhhəti kimsəni narahat etmir; Navalnının Putini devirəcəyi də kimsənin ağlına gəlmir - real sorğularda reytinqi 1,5 faizə çatmayan bloger Putinə nə edə bilər ki!
Sadəcə, Navalnının ölümü, məsələn, SVİFT-dən Rusiyanın çıxarılması və yaxud Şimal Axını-2-yə son zərbəni vurmaq üçün Almaniyaya aşırı təzyiq fürsəti verərdi.
Bəs Rusiya Qərbdən və başda ABŞ-dan üzərinə gələn bu hücuma qarşı koalisiya qurub, gücə güclə cavab verə biləcəkmi? MDB ölkələrindən hansılar onu sonadək müdafiə edəcək? Azərbaycanın mövqeyi necə olacaq?
Razi Nurullayev
Deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, Qərb dünyasının Rusiyaya təzyiqləri sıxma-boğma həmlələridir. Onun fikrincə, dünya və insanlar yeni müharibəyə hazır deyil, o baxımdan iki böyük güc arasında hərbi münaqişə gözlənilmir. R.Nurullayev hesab edir ki, Qərb və Rusiya maraqlar məsələsində ümumi dil tapa bilmirlər, ona görə Moskvaya təzyiqlər davam edir: “Ancaq güman edirəm ki, bu addımlar qarşılıqlı olacaq. Rusiya boş oturmur və artıq onların diplomatlarını ölkədən çıxarır”.
Deputatın sözlərinə görə, ABŞ-Rusiya münasibətlərinin kəskinləşməsinin hərbi nəticələri başqa ölkələr üzərindən ola bilər: “Bu da reallıqda Ukraynadır. Əgər Kiyev separatçıları öz ərazilərindən təmizləmək istəsə, Rusiya buna imkan verməcəyək, prosesə üçüncü ölkələr iştirakçı olaraq qoşulacaqlar. Yəni müharibə belə ola bilər. Amma böyük savaş gözləmirəm. Bu, regionda ciddi problemlərə gətirib çıxara bilər”. R.Nurullayev deyir ki, Azərbaycan zamanında və doğru yerdə addım atdı, Qarabağ məsələsini çözdü: “İndiki vəziyyətdə çətin olardı, bəlkə heç mümkün olmazdı. Ona görə Azərbaycan geopolitik vaxtdan yaxşı istifadə edə bildi”.
Azad Məsiyev
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ və Qərbdəki müttəfiqləri Rusiyanı özünə düşmən elan ediblər: “Bu düşmənçiliyin məqsədi dövləti zəiflətmək, dağıtmaqdır. Bu səbəbdən Amerika əvvəlcə iqtisadi sankiyalar tətbiq etdi və Qərb müttəfiqləri ilə bu sahəni genişləndirdi. Lakin Rusiya buna məhəl qoymadı və ardınca diplomatik sahədə hücumlar gəldi. ABŞ və Qərb dövlətlərində rus diplomatlarına etimadsızlıq elan edildi, onların ölkədən çıxarılmasına qərar verildi. Bu, Amerikanın diplomatik sahədə hücumudur. Bunun ardınca hərbi əməliyyat reallaşa bilər”.
Siyasi şərhçi bildirib ki, ABŞ-ın niyyəti Ukraynada hərbi münaqişəni qızışdırmaq, Rusiyanı prosesə cəlb etməkdir: “Amerika və Qərb dövlətləri də bu müharbəyə cəlb edilərsə, üçüncü dünya müharibəsi başlaya bilər. Beləliklə, Vaşinqton Moskvaya qarşı iqtisadi sanskiyalara, sonra diplomatik həmləyə keçdi, növbəti dalğası hərbi münaqişədir. Amerika Rusiyanı özünə düşmən hesab etməklə pilləli hücum taktikasını həyata keçirir. Təbii ki, Rusiya bu hücumlara biganə qalmayacaq. O da adekvat reaksiya verəcək, ölkədəki Qərbin diplomatlarını ərazisindən çıxaracaq. Azərbaycan isə illər ərzində balanslaşdırılmış siyasət yürüdüb. Bu məsələdə də rəsmi Bakı bitərəf mövqeyini qorumalıdır, vasitəyə çevrilməli deyil”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
Bundan əvvəlki Ağ Ev rəhbərlərinin Putinlə görüşləri müxtəlif yerlərdə olub. Misal üçün, 2015-ci ildə Kreml başçısı elə Nyu-Yorkda ABŞ rəhbəri Barak Obama ilə görüşüb. Habelə Obama-Putin görüşü Pekində keçirilib. Başqa bir görüş isə “G 20" sammitində olub və ABŞ-ın sabiq prezidenti Donald Trampla Rusiya lideri əl sıxıblar. Bayden-Putin görüşünə gəlincə, hələlik harada təşkil ediləcəyi haqda müfəssəl məlumat olmasa da, bir sıra mühüm məsələlərin müzakirə predmeti olacağı aydındır. Xüsusən Ukrayna böhranı masada baş mövzu olacaq. Bəzi müşahidəçilərin fikrincə, Azərbaycan da iki liderin görüş ünvanı ola bilər. Bundan əvvəl Bakıda bir sıra mötəbər forumlar, konfranslar keçirilib, ən əsası ABŞ və Rusiyanın Baş Qərargah rəisləri paytaxtımıza görüşə gəliblər. O nöqteyi-nəzərdən Putinlə Baydenin də öz aralarındakı gərginliyi azaltmaq üçün görüş yeri olaraq Bakını seçmələri nəzəri baxımdan mümkündür. Bu üçüncü ölkə nədən Azərbaycan olmasın? Avropanın əksər ölkələri Amerikanın arxa bağçasıdır, MDB ölkələrinin əksəri də Putinin pultu ilə idarə olunur. Azərbaycan isə Qərblə Rusiya arasında balanslı davranmağa üstünlük verir və bu, mümkün olur. İndiyədək ABŞ və Rusiya generallarının Bakıda 4-5 görüşü keçirilib.
Məhz bu ənənə, təcrübə Azərbaycana imkan verir ki, iki supergücün prezidentlərinin görüşünə ev sahibliyi etsin.
Aydın Mirzəzadə
Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bu mövzuda danışıb. A.Mirzəzadə tamamilə mümkün sayır ki, Bayden-Putin görüşü Bakıda keçirilsin: “Bakıda Rusiya və ABŞ Baş Qərargah rəhbərlərinin bir neçə dəfə görüşü baş tutub. Azərbaycan heç bir hərbi blokun üzvü deyil və dünyanın güc mərkəzlərinin nüfuzunu qazanıb. Eyni zamanda görüşün təşkili üçün Azərbaycanda bütün şərtlər var - təhlükəsizlik, görüş üçün şərait, tərəflərin özünü evində olduğu kimi rahat hiss etməsi və s.
Bundan əlavə, ABŞ və Rusiya liderlərinin Bakıda görüşü Şərqlə Qərbin bir məxrəcə gəlməsi, böyük güclərin öz potensiallarını birinə-birinə qarşı deyil, dünyada stabilliyin yaradılmasına yönəldilməsi baxımdan nümunə olardı. Azərbaycana belə görüş üçün təklif olarsa, Bakı bunu təşkil edə bilər".
Deputatın fikrincə, tərəflər üçün görüş keçirəcək üçüncü ölkə müzakirəsində tamamilə mümkündür ki, Azərbaycan variantı da nəzərdən keçirilsin.
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədovanın gözləntilərinə görə, tərəflər yayda görüşəcək. Onun fikrincə, hazırda artan gərginlik fonunda görüşün tarixi ertələnə və uzadıla da bilər: “Əslində Bayden yaxın həftələrdə görüşməyi təklif etmişdi. Ancaq ABŞ və onun müttəfiqləri bütün istiqamətlər üzrə Rusiyanı sıxışdırmağa başlayıblar. Bu təzyiqlərin davamı olaraq tezliklə liderlərin görüşəcəyi inandırıcı gəlmir. Ən azı görüşqabağı münasibətlərdə gərginliyin tempi aşağı düşməlidir, tərəflər qarşılıqlı müəyyən jestlər etməlidir ki, təkbətək oturub müzakirə etmək üşün əlverişli imkan yaransın. Bizsə Baydenin Putinə ”qatil" deyib, sonra zəng edib görüş təklif etməsi, ardınca Rusiyaya sanksiyaları gücləndirməsini müşahidə edirik. Bu ziddiyyət içərisində tez zamanda görüş ağlabatan görünmür". Siyasi şərhçi istisna etmir ki, Bayden və Putin nəzəri olaraq Bakıda görüşə bilərlər, amma ABŞ prezidenti Avropa ölkələrindən birini təklif edib: “Qərbi Avropa ölkələri isə ABŞ-la həmahəngdirlər, Moskvaya təzyiqlər edilməsində Almaniya, Fransa, Britaniya da Vaşinqtonu dolayısı ilə dəstəkləyirsə, Putin çətin ki, bu qitənin mərkəzi şəhərlərindən birinə getsin”.
Xatırladaq ki, Avstriya Xarici İşlər Nazirliyi ABŞ və Rusiya prezidentlərinin görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib. Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Keçən həftə, 16 apreldə Azərbaycanın futbol çempionatında “Səbayel”-"Qarabağ" oyununda komandalardan birinin hücumçusu rəqib qapıçının başına təpiklə vurdu. Mən bu epizodun videosunu internetdə izlədim, əsl savaş kadrıydı. Hücumçu topa qapıçıdan gec yetişdiyini aşkar görsə də ayağını onun kəlləsinə çırpmaqdan özünü saxlamadı. Qapıçının axırı nə oldu, bundan xəbərim yoxdur, ən son göstərəndə başı partlamışdı. Hakimin hücumçuya verdiyi cəza isə lap karikatura idi: sarı vərəqə. Cəmi-cümlətani. Halbuki, normal hakim o hücumçuya azı qırmızı vərəqə göstərib meydandan qovmalıydı. Daha sonra isə bir neçə oyunluq, hətta imkan olsa həmişəlik futboldan kənarlaşdırmaq lazım idi.
Bizdə idmanın, o cümlədən futbolun vəziyyəti necə ağırdır, bunu hamı bilir. Tək-tük idman növü var ki, orda uğur qazanırıq, lakin həmin uğurlar da az sonra dopinq qalmaqallarıyla fıs çıxır. Bəlkə şahmatda davamlı uğurumuzun adı çəkilə bilər. Dünyanın ən yaxşı 10 şahmatçısı siyahısında uzun illərdir ən azı 2 şahmatçı ilə təmsil olunuruq, Azərbaycan kimi balaca ölkə üçün gerçəkdən böyük şöhrətdir. Hərçənd, burada da şahmatçılarımızın şəxsi keyfiyyətləri və əziyyətləri hökumətin qayğısından çox-çox artıq rol oynamışdır. İnanmayanlar Şəhriyar Məmmədyarovun bir neçə il qabaq yazdığı “Artıq yorulmuşam, diqqət istəyirəm” məzmunlu haray-məktubunu xatırlasınlar.
Dönək futbola, mövzumuz budur. Azərbaycan futbolu faktiki ölüb, aparıb basdıran yoxdur. Əsas liqada oynamağa 8 komandadan artıq çıxmır, nəticədə tragikomik format var: komandalar bir mövsümdə öz aralarında 4 oyun keçirir. Proqnoz edirəm ki, yaxın illərdə cəmi 4 komandamız qalacaq, onlar öz aralarında 8 oyun keçirəcəkdir. Lap axırda 1 komanda. Öz-özünə oynayıb çempion elan olunacaq
Axırıncı yeri tutanın 2-ci liqaya keçməsi, orda 1-ci yeri tutanın əsas liqaya hoppanması-filan... Bunlar artıq neçə ildir nağıldan başqa bir şey deyil. Əsas liqadakı 8 komandanın cəmi 1-i bölgədəndir, qalanları paytaxtdadır. Az qala bütün komandaların sponsoru eyni dövlət şirkəti, eyni monopolistdir, o üzdən rəqabət-zad qətiyyən yoxdur, futbolçular da maaş alıb çirkli pulların yuyulmasına alət olmaqla məşğuldurlar. Hər 3-4 ildən bir xaricdən hansısa bahalı məşqçi gətirib milli komandaya başçılığı ona həvalə edirlər, nəticədə yığmamız sıfır xal toplamaqda əzmkarlığını davam etdirir. Futbolun bizdə korrupsiya oyunu olduğunu hamı bilir, o üzdən uduzmağa görə istefa verən bir nəfər də olmamışdır.
Ancaq ədalət naminə, bizim futbolçuları ulduz futbolçu Neymarla eyni səviyyəyə qoyan cəhət var. Bu, simulyasiya qabiliyyətidir. Bizim futbolçular da Neymar kimi hakimi aldatmaq cəhdlərində öndə gedirlər. Kim rəqibin cərimə meydanına çata bilsə, orda yerə uzanır. Bəlkə hakim çaşıb penalti verdi. Təəssüf ki, hakimlər futbolçularımızın bu artistliyini adətən “sarı vərəqə” ilə qiymətləndirir.
Girişdə yazdığım kimi, bizim futbolun əsas fərqlənmə nişanı kobudluq, qəddarlıqdır. İlahi, bu oyunçular bir-birinə elə cumurlar, badalaq, şillə, təpik, kəllə atırlar, sanarsan Qarabağda hansısa yüksəklik uğrunda əlbəyaxa döyüş gedir... Adamlar rəsmən top əvəzinə bir-birinin başı ilə futbol oynayır. Nəticədə oynamaq bilənlərin də gözü qorxur, ya da karyerasını şikəst olaraq bitirir. Bu vəhşiliyin səbəbi nədir? Psixoloqlardan milli futbolumuzdakı şiddətin səbəbini açıqlayan şərh gözləyirəm. Bəlkə cəmiyyətdəki sosial-iqtisadi, mənəvi-psixoloji problemlər futbolçularımıza da öz təsirini göstərir və onlar bir-birinin qanına susayırlar? Açığı, şübhə edirəm, çünki bu oyunçular cəmiyyətin başqa kəsimindən fərqli olaraq korrupsiya ağacından az-maz da olsa meyvə dərmək imkanındadır. Hərəsi 100-200 min dollarlıq maşınlarda şütüyür, hələ arada süpürgəçi qarıları vurub öldürməyə vaxt tapırlar. Mənə futbolumuzdakı kobudluğun səbəbi sirr qalmaqdadır. Topu atıb qaydasız döyüş yarışlarına qatılsalar barı... Medal da alardılar yəqin.
Yəni artıq heç kimə gərək olmayan qurumun “vasitəçilər” adlandırılan rəhbərləri sanki heç nə olmayıbmış kimi, təklif edirlər ki, ərazimizdə ikinci erməni dövlətinin qurulmasını və buna Azərbaycanın razılığını nəzərdə tutan (referendum hoqqası ilə!) bədnam “Madrid prinsipləri” əsasında Bakı və İrəvan təzədən danışıqlar stolu ətrafına keçsin. 44 günlük müharibədə öz ərazi bütövlüyünü bərpa edən Bakı niyə, nədən öz ağrımayan başına dəsmal bağlamalıdır, anlaşılmır. Daha doğrusu, anlaşılır. Bu barədə aşağıda...
Gözlənildiyi kimi, Ermənistandakı revanşist-faşist çevrələrdə və Qarabağa gizlənmiş separatçı-cinayətkar ünsürlərdə həmin bənd əməllicə ümid yaradıb. Onlar dərhal bundan yapışaraq, münaqişənin hələ bitmədiyini daha ucadan bəyan eləməyə başlayıblar, növbəti dəfə bədbəxt ermənilərin “saqqızını” oğurlamağa çalışırlar. Çünki üzdəniraq vasitəçilər “məlum olan həll prinsipləri və elementlər” deyərkən 3 prinsipdən biri kimi “öz müqəddəratını təyinetmə”ni də nəzərdə tuturlar.
“Keçənilki müharibədən sonra Azərbaycan Prezidenti münaqişənin həllinə dair danışıqları davam etdirməməyə çalışır. Buna baxmayaraq, o, yenidən danışıqlar masasına qayıtmaq məcburiyyətində qalacaq”.
“Yeni Müsavat” xəbər verir ki, belə bir iddianı erməni politoloq-amerikaşünas Suren Sərkisyan Novosti NK-ə açıqlamsında irəli sürüb. Erməni saytı yazır ki, Sərkisyanı məhz həmsədrlərin bəyanatındakı “tərəflərin yaxşı bildiyi elementlərə və prinsiplərə əsaslanan son, sabit və hərtərəfli anlaşmanın vacibliyi” haqda tezis ruhlandırıb.
Suren Sərkisyan
“Çəhrayı arzularla” yaşayan erməni ekspertin dediyinə görə, konkret halda söhbət “Qarabağ nizamlanmasının əsasını təşkil edən Helsinki Aktının prinsipləri”ndən gedir. “Yəni xalqların öz müqəddəratını təyinetməsi, güc tətbiq etməmək, güclə hədələməmək və ərazi bütövlüyü. Bu baxımdan Bakı güc tətbiq etməmək prinsipini pozub və ərazi bütövlüyü prinsipini reallaşdırmağa çalışıb. Xalqların öz müqəddəratlarını təyinetmə hüququ ilə bağlı prinsip isə ümumiyyətlə, tətbiq olunmamış qalır” - deyə o sərsəmləyib.
Bu baxımdan o, Minsk Qrupunun bəyanatını “digər oyunçuların” Azərbaycana təzyiqi kimi qiymətləndirir və erməni diplomatiyasının fəaliyyəti üçün burada geniş sahə açıldığını zənn edir. “Biz Əliyevin ”artsax"ı tanıması üçün ona maksimum təzyiq edilməsinə nail olmalıyıq. Bu isə məntiqi olaraq o deməkdir ki, “artsaxı” ilk olaraq Ermənistan tanımalıdır. Bu, “artsax”ın beynəlxalq səviyyədə tanınması prosesinin təşəkkül tapmasına gətirib çıxaracaq və Əliyevə ən yaxşı və təsirli təzyiq vasitəsi olacaq", - deyə beyni “Böyük Ermənistan” virusu ilə zəhərlənmiş erməni politoloq sadəlövhcəsinə ümid edib.
Məlum bəyanatdan dolayı incə bir məqam, gəlişmə də var. Bu da Rusiyadan olan həmsədrin də sənədə imza atmasıdır. O Rusiya ki, onun lideri Vladimir Putin 2-ci Qarabağ savaşından az sonra belə bir cümlə işlətmişdi və düz də demişdi: “Ümid edirəm ki, bundan sonra ”Dağlıq Qarabağ münaqişəsi" ifadəsindən istifadə etməyəcəyik".
Yəni Rusiya prezidenti də konfliktin tarixə çevrildiyini etiraf etmişdi. Bu fonda rusiyalı həmsədrin öz ölkəsinin mövqeyi əleyhinə gedərək, Qərbin oyundan kənarda qalmış “vasitəçilərinə” qoşulması, havaya getməsi, ən azı, qəribə görünməklə yanaşı, məntiqli sual doğurur: əcəba, Rusiya da artıq ölü olan bir qurumun reanimasiya edilməsindəmi maraqlıdır? Belədirsə, bunu Moskvanın sülhməramlılar məsələsində ona böyük güzəşt eləmiş Bakıya qarşı yeni təzyiq rıçaqı yaratmaq cəhdi saymaq olarmı - xüsusən də “İsgəndər M” qalmaqalı ilə bağlı Azərbaycanın Kremldən izah gözlədiyi bir vaxtda?
Bu xüsusda politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsində bir fikir diqqət çəkir. Siyasi ekspert düşünür ki, Rusiya hazırda Azərbaycan daxilində “hibrid oyuna” əl atıb: “Rusiya Qarabağda sülhməramlı missiya adı altında humanitar fəaliyyətlərdən çox, siyasi oyunlar oynayır. Beynəlxalq təşkilatlar və ya tərəfdaşları, eləcə də Bakının dəfələrlə ”bizə lazım deyil" dediyi ATƏT-in Minsk Qrupunu da bura cəlb edərək, Azərbaycana qarşı təzyiq və təsir alətləri formalaşdırır. Yəni Rusiyanın Qarabağla bağlı başqa planları var. Bu, Azərbaycanın özünün ərazi bütövlüyünü bərpa etmək planları ilə uzlaşmır. Türkiyə də buna mane olur".
Politoloq bu kontekstdə Ağdamda fəaliyyət göstərən birgə Rusiya-Türkiyə monitorinq mərkəzinin üzdə görünməsə də, daxildə çox dərin işlər gördüyünə əmindir. “Rusiya da çalışır ki, öz məqsədlərini rahat həyata keçirə bilmək üçün Türkiyə prosesdən kənarda qalsın... Əslinə qalsa, Rusiya 44 günlük müharibədə heç dı sakit şəkildə kənarda durmamışdı. Oktyabrın əvvəlində o, BMT TŞ-də hərbi əməliyyatların dayandırılması ilə bağlı qətnamə qəbul etdirmək istədi. Eyni zamanda son 30 ildə olduğu kimi, 44 günlük müharibədə də, Ermənistana hər cür silah-sursat dəstəyi verdi. O sırada Azərbaycana satışının qadağan edildiyi sistemləri Ermənistana verdi (”Isgəndər M" nəzərdə tutulur - red.)".
Onun sözlərinə görə, Rusiya müharibə vaxtı Cənubi Qafqaz və ya Azərbaycandakı maraqları nəzərə alaraq, bir qədər özünü kənarda dururmuş kimi göstərsə də, əlaltından öz işini görüb. “Hərbi əməliyyatların gedişində bir çox ərazilərimiz işğaldan azad edildi. Sonra aydın olanda ki, Azərbaycan Ordusu Şuşaya girir, bu, Rusiya üçün narahatlıq yaradan məqam oldu. Şuşanın azad edilməsi həlledici məqam idi. Yəni Rusiyada Şuşanın azad olunmasını gözləmirdilər”, - deyə politoloq fikrinə bir az da aydınlıq gətirib.
Təbii ki, rəsmi Bakı son gəlişmələrin hamısının yaxşı fərqindədir. Onun da fərqindədir ki, “Minsk üçlüyü”nə hər hansı şəkildə yeni həyat vermək səyləri - konflikti sönməyə qoymamağa hesablanıb. Lakin ətrafımızda hansı məkrli oyunlar qurulur-qurulsun, Azərbaycan dövlətinin sükanı arxasında milli maraqlarımızın alver predmetinə çevrilməsinə heç vaxt imkan verməyəcək qətiyyətli, iradəli bir rəhbər dayanıb. Qalib Azərbaycan xalqının əzmi, iradəsi və saz vəziyyətdə olan “dəmir yumruğu” da öz yerində.
Bir də ki, qalib mühakimə edilmir. Ələlxüsus da o, haqlı olanda...
Analitik xidmət,
“Yeni Müsavat”
Ermənistan 44 günlük müharibədə aldığı ölümcül zərbələrin fonunda özünün ənənəvi vay-şivən kampaniyasını dünya boyunca davam etdirir. 30 illik işğalçı siyasətə, Qarabağda törədilən dəhşətli vandalizm aktına baxmayaraq, Azərbaycan dövləti humanizm prinsiplərindən çıxış edərək, Ermənistanın dalandan çıxması üçün addımlara hazır olduğunu yüksək səviyyədə bəyan edib.
Prezident bildirib ki, Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpası İrəvanın təcriddən xilasına gətirib çıxaracaq ki, bu da ermənilər üçün xilas yoludur. Eyni zamanda dövlət başçımız Türkiyə-Ermənistanın sərhədlərinin açılması ilə bağlı qərarı Ankaranın verəcəyini qeyd edib. Ümumilikdə isə həm Bakı, həm Ankara bölgədə düşmənçiliyin aradan qaldırılmasını, əsassız iddialara son qoyulmasını və regional əməkdaşlığın təmin olunmasını təklif edir. Ancaq Ermənistandakı revanşistlər, həmçinin Qarabağa və Türkiyə torpaqlarına iddiaların arxasında gizlənən dünya erməniçiliyi qondarma “soyqırım”la bağlı əsassız mövqelərindən əl çəkmək istəmirlər. Co Baydenin Ağ Evə sahiblənməsindən sonra ermənilər aşkar şəkildə yeni administrasiyanın zəhləsini tökməkdədirlər. Təsəvvür edin, Bakı və Ankara Ermənistanın məhv olmaması üçün əməkdaşlıq təklif edir, amma ermənilər tarixi şablonlardan əl götürmək istəmir. Bayden administrasiyasında Kamala Harris kimi ermənipərəst vitse-prezident təmsil olunur. Yeni administrasiya Türkiyəyə qarşı aqressiv və qərəzlidir. Mövcud reallıq nə deyir: 24 aprel “soyqırım” tədbirləri ermənilərin müharibədə məğlubiyyəti fonunda Ermənistanda və dünyada necə keçiriləcək? Azərbaycana, Türkiyəyə təzyiq etmək, bu qələbənin heyfini çıxmaq üçün xristian dünyası “erməni soyqırımı”nı tanımaqla bağlı addımlar ata bilərmi? Bayden soyqırım ifadəsi işlədə bilərmi? Rəsmi Bakı və Ankara 24 aprelə necə hazırlaşır? ABŞ-Türkiyə münasibətlərindəki soyuqluq “soyqırım” şousundan istifadəyə səbəb ola bilərmi?
Arzu Nağıyev: “Azərbaycan və Türkiyə həmişə olduğu kimi, bu məsələdə də şəffaflığın tərəfdarıdır, arxivlərin açılması məsələsində həmrəydilər, hansı ki, erməniləri daha çox bu qorxudur”
Deputat Arzu Nağıyev ermənilərin fəallaşmasına diqqət çəkdi: “Erməni və bir sıra xarici kütləvi informasiya vasitələri artıq 24 aprel ”soyqırım" tədbirləri ilə bağlı dünyanın aparıcı dövlətlərində kino və teatr zalları, açıq havada olan tədbir üçün nəzərdə tutulan sahələri kirayələyir və tədbirlər, xeyriyyə konsertləri, tamaşalar keçirib ianələr toplamaq istəyirlər. Təbii ki, əsas məqsəd siyasi məsələdir və bununla da dünyaya bir daha “soyqırım” haqqında yalanlar uydurmaqdır. Təbii ki, bunu dəstəkləyən qüvvələr və qurumlar da mövcuddur, erməni diaspor təşkilatları və onların inhisarında olanlar əsas fiqurlardır. İstər Azərbaycana, istərsə də Türkiyəyə hər hansı təzyiq ola bilməz, təbii ki, qeyd edildiyi kimi, onların dəstəkçiləri də az deyil. Amma bunun xristian dünyasının həmrəyliyi kimi qabardılması da düzgün deyil. Çünki bu məsələyə dini kontekstdən baxılmır və baxıla da bilməz. Ermənilər əsasən bunu etnik məsələ kimi gündəmə gətirirlər. Təbii ki, 44 günlük müharibədə zəfər qələbəmiz ermənilərin üç ideya ətrafında- kilsə, “soyqırım” və Dağlıq Qarabağ, daha doğrusu, qondarma Artsax -birləşməsini fiaskoya uğratdı. Artıq Ermənistanın özündə də bu ideyaların məhv olduğunu gözəl anlayırlar və bu istiqaməti ideya kimi təbliğ etmirlər".
A.Nağıyev mövcud reallıqlara diqqət çəkdi: “Cənab Bayden inandırıcı deyil ki, Türkiyə ilə xarici siyasətini qondarma ”soyqırım"a görə gərginləşdirsin və ifadə işlətsin, baxmayaraq ki, Kamala Harris ermənipərəst vitse-prezident kimi cəmiyyətə tanıtdırılır, amma bu qərəz və ya aqressiya açıq şəkildə aparıla bilməz. Azərbaycan və Türkiyə həmişə olduğu kimi, bu məsələdə də şəffaflığın tərəfdarıdır və arxivlərin açılması məsələsində həmrəydilər, hansı ki, erməniləri daha çox bu qorxudur. Eyni zamanda işğaldan azad edilən ərazilərimizdə erməni vandalizmi, vəhşiliyi, Xocalı və digər soyqırım hadisələrini dünyaya çatdırmaqla daim bu məsələni qabardır. Qondarma soyqırımın kimin tərəfindən bu və ya digər şəkildə hətta tanınması ikili standart yanaşmadan xəbər verir və Azərbaycanın milli və dövlət təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilə bilməz, təbii ki, mənəvi və digər aspektlər nəzərə alınmalıdır, həqiqəti dünyaya çatdırmaq lazımdır, bu istiqamətdə də çox ciddi işlər görülür..."
Akif Nağı: “ABŞ Türkiyə ilə münasibətlərinin korlanmasında heç vaxt maraqlı olmayıb”
QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Qarabağda “Dəmir yumruğ”un zərbəsindən sonra ermənilər hələ də özlərinə gələ bilməyiblər: “Elə bir ciddi iş apardıqları görünmür. Bayden hakimiyyətə gələn kimi ”hücum"a keçdilər, 100-dən artıq konqresmen, 40-a yaxın senator qondarma “soyqırımı”nın tanınması ilə başlı ona müraciət etdilər, amma heç bir reaksiya olmadı. Bu ərəfədə hansısa digər işləri görünmür, əksinə, ABŞ erməniləri şikayət edirlər ki, Konqres Azərbaycana 100 milyon yardım ayırmaq istəyir, Ermənistana isə heç nə vermirlər. Nə dərəcədə doğrudur, demək çətindir, bir şey aydındır ki, ermənilər şikayətçi rolundadırlar". A.Nağı bildirdi ki, ermənilərin saxta iddialarını, builki 24 aprel şoularını alt-üst etmək üçün Türkiyədə müəyyən işlər aparılır, dünyada tədbirlərin keçirilməsi nəzərdə tutulur: “Bir tədbir də bizim iştirakımızla Beynəlxalq Qarabağ Forumu çərçivəsində Ərzurum Atatürk Universitetinin moderatorluğu ilə reallaşdırılacaq. Dövlət səviyyəsində də qabaqlayıcı tədbirlərin hazırlandığı hiss olunur”.
QAT sədri qeyd etdi ki, ABŞ-ın yeni prezidenti seçki kampaniyasında “tanıyacağına” söz vermişdi, amma indi bu vədini reallaşdıracağı real görünmür: “ABŞ Türkiyə ilə münasibətlərinin korlanmasında heç vaxt maraqlı olmayıb, indiki mürəkkəb şəraitdə yanlış addım atacağı inandırıcı deyil”.
Zaur Məmmədov: “ABŞ həmin hadisələrə ədalətsiz mövqe nümayiş etdirərsə, bu, Türkiyə ilə münasibətlərin ciddi böhrana keçəcəyi ilə nəticələnəcək”
Politoloq Zaur Məmmədov isə qeyd etdi ki, 24 aprel bu il digər illərdən fərqli olaraq fərqli atmosferdə qeyd ediləcək: “Bu məsələyə Baydenin hansı qiyməti verməsi Azərbaycan və ABŞ münasibətləri ilə bağlı deyil. Bu birbaşa Vaşinqton və Ankara arasında baş verənlərlə bağlıdır. Hər halda, türkiyəli diplomatların 24 aprellə bağlı artan davranışları ona deməyə əsas verir ki, soyqırım sözünün işlədilməməsi üçün diplomatik hərəkətlilik var. Lakin müxtəlif mənbələrdən alınan məlumata görə, əgər Ukraynada Rusiya və ABŞ arasında ciddi gərginlik olmasaydı, Bayden 24 aprel günü soyqırım sözündən çox güman kı istifadə edəcəkdi. İndiki halda ABŞ administrasiyasında bu mövzu ilə bağlı fikir ayrılığı var. ABŞ əgər həmin hadisələrə ədalətsiz mövqe nümayiş etdirərsə, bu, Türkiyə ilə münasibətlərin ciddi böhrana keçəcəyi ilə nəticələnəcək”.
E.PAŞASOY,
“Yeni Müsavat”
Partiya sədrləri ərazi bütövlüyü məsələsinin prioritet olduğunu bildirir, eyni zamanda...
Ukrayna ilə Rusiya arasındakı gərginlik dünyanın gündəm mövzusuna çevrilib. Hesab edilir ki, hər an bu iki ölkə arasında müharibə başlaya bilər. Müharibədə isə sözsüz ki, Ukrayna Rusiya ordusunun qarşısında heç bir dəstək olmadan dayana bilməz. Hazırda Ukraynanın əsas dəstəkçisi kimi ABŞ görünür. Bu ölkə öz açıqlamaları ilə Ukraynanın ərazi bütövlüyünün bərpası istiqamətində siyasət yürütdüyünü sərgiləyir. Elə bugünlərdə Ukrayna Prezident Aparatının rəhbəri Andri Yermak ABŞ-dan ölkəyə “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sistemi yerləşdirməsini istəyib.
Yermak Ukraynanın yalnız özünü deyil, həm də Qərbi Rusiyaya qarşı qoruduğunu qeyd edib.
Avropa İttifaqı isə Ukrayna-Rusiya sərhədində yaranan vəziyyətin çox təhlükəli olduğunu hesab edir və Rusiyanı qoşunlarını sərhəddən geri çəkməyə çağırır.
Bu barədə Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verib ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali sədri Jozep Borrel ittifaq ölkələrinin xarici işlər nazirlərinin videoəlaqə vasitəsilə danışıqlarından öncə deyib.
“Biz Rusiya qoşunlarının səhra təlimləri üçün toplandığı Ukrayna ilə sərhəddə yaranan vəziyyəti müzakirə edəcəyik. Bu, çox təhlükəli vəziyyətdir. Rusiyanı qoşunlarını Ukrayna ilə sərhəddən geri çəkməyə çağırırıq”, - deyə Jozep Borrel videomüraciətində bildirib.
Ukrayna ilə bağlı Azərbaycan iqtidarının mövqeyi bəllidir. Bəs bu vəziyyətlə bağlı ölkə müxalifətinin nümayəndələri nə düşünürlər? Onlar Ukrayna hadisələri ilə bağlı ABŞ-in, yoxsa Rusiyanın mövqeyini dəstəkləyir?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan AĞ Partiya sədri Tural Abbaslı hesab edir ki, Azərbaycan xalqının və müxalifətinin böyük əksəriyyəti Ukrayna xalqının yanındadır:
“Eyni zamanda bu konfliktlə bağlı Amerika da Ukrayna dövlətinin yanında olduğu üçün dolayısı ilə biz də ABŞ-ın yanında olmuş sayılırıq. Burada eyni zamanda Türkiyə faktoru da var. Bizim üçün Türkiyənin seçimi və mövqeyi də önəmlidir. Türkiyə də hazırda Ukraynanın yanındadır. Rusiya məsələsinə gəldikdə isə hesab edirəm ki, bu dövlətin digər ərazilərdə başı nə qədər konfliktlərə qarışarsa, bir o qədər yaxşıdır. Belə olduğu təqdirdə Rusiya Azərbaycanın daxili işlərinə daha az müdaxilə edib, Qarabağ məsələsində destruktiv mövqe tutar. Biz də məqamdan istifadə edərək, öz ərazilərimizdəki suverenliyimizi bərpa edərik. O baxımdan Rusiyanın başının qarışması anlamında qarşı tərəfin yanında olmalıyıq. Buna Amerikanın yanında olmaq deməzdik. Biz, sadəcə, Ukraynanın, dərd ortağımızın yanındayıq”.
Real Partiyasının icra katibi Natiq Cəfərli bildirib ki, bu məsələdə hansısa tərəfə azarkeşlik etmək doğru deyil:
“Çox zaman bizdə bu kimi məsələləri kifayət qədər sadələşdirirlər. Sanki siyasi məsələni futbol oyununa azarkeşliyə çevirirlər ki, bu da doğru yanaşma deyil. Ukraynanın ərazi bütövlüyünü tam olaraq dəstəkləyirik. Çünki bizim də ərazi bütövlüyümüzlə bağlı problem olduğu zaman Ukrayna tərəfindən dəfələrlə müsbət açıqlamalar olurdu. 21-ci əsrdə hər bir ölkənin ərazi bütövlüyü dəstəklənməlidir. Ərazi bütövlüyü, təhlükəsizlik məsələsi hər bir ölkə üçün prioritetdir. Bu mənada Ukraynanın ərazi bütövlüyünü bərpa etmək üçün atdığı addımların öz alqoritmi, doğru yanları var. Bu, bizim milli maraqlarımız çərçivəsində dəyərləndirilməlidir. Ukraynanın ərazi bütövlüyü bizim üçün çox vacibdir. Həm siyasi partiyalar, həm də dövlət düşünürəm ki, bu cür yanaşmalıdır. Ukraynanın ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlara siyasi dəstəyin verilməsi düşünürəm ki, lazımlıdır. Lakin bu dəstəyin verilmə forması, ritorikası və ardıcıllığı haqqında hər bir partiyanın, təşkilatın mövqeyinin olması da kifayət qədər normal qarşılanmalıdır”.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib ki, Rusiya Ukraynanın suverenliyinə qəsd edib:
“Ukraynanın bu məsələdə mövqeyini müdafiə edən təşkilatların və dövlətlərin mövqeyini mən də müdafiə edirəm. ABŞ-ın siyasəti Ukraynanın ərazi bütövlüyünün bərpasına yönəlik siyasətdir. Ona görə də bu məsələdə ABŞ-ı dəstəkləyirəm”.
Əli RAİS,
“Yeni Müsavat”
Bundan bəhrələnənlər sırasında ən başda elə bu vəziyyəti yaradan Fazil Məmmədov idi. Bu gün onun mal-mülkünün sayı-hesabı bilinmir. 4 ildir ki, Fazil Məmmədov vəzifədə deyil, amma kölgədə olan, gizli biznesləri haqda xəbərlər səngimək bilmir. Araşdırmaçı jurnalist Cavanşir Həsənli Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin adına İngiltərədə yeni mülklərin alındığına dair məlumat paylaşıb: “Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev az qala Londonun yarısını alıb. Bu ilin əvvəlində o, Londonda dəyəri milyonlarla funt-sterlinq olan daha 4 bahalı əmlak müqaviləsi bağlayıb. Müqavilələr Britaniya paytaxtının işgüzar səmtlərindən olan Windmill Street-dəki 37, 38, 39 və 40 saylı binaları əhatə edir. Həmin ünvanlarda hazırda ”THE LYRİC", “OLİVES & MEZE”, “WOK TO WALK” restoranları, “WEST & END” daşınmaz əmlak agentliyi yerləşir. Əbdül Əliyev hələ ötən ilin iyulunda Nottinqem şəhərinin mərkəzində də dəyəri 1.5 milyon funt sterlinq (3,3 milyon manat) olan binanı (Long Row küçəsi 50, 51 və 52) satın almışdı. Ötən ilin sentyabrında isə o, Britaniya paytaxtının Ladbroke Grove 131 və Ladbroke Crescent 25A ünvanlarında 1 milyon funt-sterlinq dəyərləndirilən iki binanı, eləcə də Croydon, Thornton Heath, Parchmore Road 84a ünvanında LANCASTER BUSİNESS PARK-dakı keçmiş əyləncə mərkəzinin (Leisure Centre) ərazisi (LAN21656 saylı mülkiyyət sənədi) də satın almışdı"...
Bu məlumata əlavə olaraq onu da qeyd edək ki, Əbdül Əliyevin atası Namiq Əliyev vergilər nazirinin müavini olub. Sabiq nazir Səlim Müslümovun həbsi fonunda ondan daha böyük korrupsioner olan Fazil Məmmədovun azadlıqda gəzməsi, sərvətinə sərvət qatması necə və nə ilə izah edilir?
Azərbaycan dövlətinin Qarabağı dirçəltmək üçün böyük vəsaitlərə ehtiyacı olduğu bir vaxtda Əbdül Əliyevin Londonda əmlaka milyonlar yatırmasının hesabı sabiq nazir Fazil Məmmədovdan və onun nazir müavini qudasından soruşulacaqmı? Hüquq-mühafizə orqanları uzun illər vergi adı ilə sahibkarları talayan bir sistemin başında durmuş bu şəxsləri məsuliyyətə cəlb edəcəkmi?
Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, hətta xaricə çıxarılan pullarla bağlı faktlar açıqlanmasa belə, məsələ ölkəmiz üçün aktualdır: “Dünyanın elə bir ölkəsi yoxdur ki, ilkin kapital yığımında çirkli pullar, cinayət üsulları olmasın. Bu, bir növ bəşəri həqiqətdir ki, müəyyən həcmdən artıq var-dövlətin toplanmasının kökündə cinayət durur. Fazil Məmmədov və onun kimi məmurların mövqeyindən sui-istifadə edərək, dövlət vəsaitləri, korrupsiya hesabına böyük miqdarda pul toplayıblar. Bu yolla ya ölkədə olan, ya da xaricə çıxarılan əmlak leqallaşdırılmır. Əksəriyyət var-dövlətini öz adına rəsmiləşdirmir, biznesinə birbaşa rəhbərlik edə bilmir. Fazil Məmmədovun əmlaklarını yaxınlarının adına dövr etməsi də təəccüblü deyil. Fazil Məmmədovun vergilər naziri postunda olduğu dönəmdə ölkədəki vergi sistemi onun varlanmasına xidmət edirdi. Bu da öz növbəsində iqtisadiyyatda passivlik yaratmışdı. Azərbaycanda toplanan ilkin kapitalın böyük bir qismi xarici ölkələrə aparılıb. Bu ölkələr ilk vaxtlarda kapital sahiblərini şirnikləndirib, külli miqdarda vəsaitlərin öz iqtisadiyyatlarına yatırılmasına nail olublar. İndi isə başlayıblar ki, bu pullar haradandır, mənşəyini açıqlayın və sair. İndi bu şəxslərin qarşısında iki yol var: ya mənşəyini sübut edə bilmədikləri əmlakların əllərindən alınması ilə razılaşmaq, ya da Azərbaycan dövləti ilə razılığa gələrək, müəyyən hissəsini dövlətə verməklə varidatını ölkəyə gətirmək. Bu zaman Azərbaycan dövləti həmin var-dövlətin mənşəyini təsdiqləyən sənəd verir, sahibləri isə onun bir hissəsini dövlətə verməklə, qalanını gətirib burada müxtəlif sahələrə yatırırlar”.
Əkrəm Həsənov
Hüquqşünasın fikrincə, indiyədək Azərbaycandan çıxarılan pulların həcmi 10 milyardlarla dollarla ölçülə bilər: “Maliyyə amnistiyasına gedilərsə, düşünürəm ki, dövlət bundan 30-40 milyard dollar gəlir əldə edə bilər. Amnistiya belə ola bilər ki, hər kəsə heç bir əlavə sorğu-sual edilmədən, mənşəyini göstərməyi istəmədən vəsaitlərini Azərbaycana gətirməyə icazə verilir. Onlara hər hansı təqibə, izlənməyə məruz qalmayacaqlarına dair təminat verilməlidir. İlk növbədə onların mülkiyyət hüququ tanınmalıdır. Bundan sonra pul sahiblərinin iqtisadiyyatın real sektoruna investisiya etmələri üçün əlverişli şərait formalaşdırılmalıdır”.
Hüquqşünas deyir ki, sabiq nazirlərin oğurladıqlarını geri qaytarmaq üçün seçilən alternativ yollardan biri də onların həbsindən keçir.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Yəni artıq heç kimə gərək olmayan qurumun “vasitəçilər” adlandırılan rəhbərləri sanki heç nə olmayıbmış kimi, təklif edirlər ki, ərazimizdə ikinci erməni dövlətinin qurulmasını və buna Azərbaycanın razılığını nəzərdə tutan (referendum hoqqası ilə!) bədnam “Madrid prinsipləri” əsasında Bakı və İrəvan təzədən danışıqlar stolu ətrafına keçsin. 44 günlük müharibədə öz ərazi bütövlüyünü bərpa edən Bakı niyə, nədən öz ağrımayan başına dəsmal bağlamalıdır, anlaşılmır. Daha doğrusu, anlaşılır. Bu barədə aşağıda...
Gözlənildiyi kimi, Ermənistandakı revanşist-faşist çevrələrdə və Qarabağa gizlənmiş separatçı-cinayətkar ünsürlərdə həmin bənd əməllicə ümid yaradıb. Onlar dərhal bundan yapışaraq, münaqişənin hələ bitmədiyini daha ucadan bəyan eləməyə başlayıblar, növbəti dəfə bədbəxt ermənilərin “saqqızını” oğurlamağa çalışırlar. Çünki üzdəniraq vasitəçilər “məlum olan həll prinsipləri və elementlər” deyərkən 3 prinsipdən biri kimi “öz müqəddəratını təyinetmə”ni də nəzərdə tuturlar.
“Keçənilki müharibədən sonra Azərbaycan Prezidenti münaqişənin həllinə dair danışıqları davam etdirməməyə çalışır. Buna baxmayaraq, o, yenidən danışıqlar masasına qayıtmaq məcburiyyətində qalacaq”.
“Yeni Müsavat” xəbər verir ki, belə bir iddianı erməni politoloq-amerikaşünas Suren Sərkisyan Novosti NK-ə açıqlamsında irəli sürüb. Erməni saytı yazır ki, Sərkisyanı məhz həmsədrlərin bəyanatındakı “tərəflərin yaxşı bildiyi elementlərə və prinsiplərə əsaslanan son, sabit və hərtərəfli anlaşmanın vacibliyi” haqda tezis ruhlandırıb.
Suren Sərkisyan
“Çəhrayı arzularla” yaşayan erməni ekspertin dediyinə görə, konkret halda söhbət “Qarabağ nizamlanmasının əsasını təşkil edən Helsinki Aktının prinsipləri”ndən gedir. “Yəni xalqların öz müqəddəratını təyinetməsi, güc tətbiq etməmək, güclə hədələməmək və ərazi bütövlüyü. Bu baxımdan Bakı güc tətbiq etməmək prinsipini pozub və ərazi bütövlüyü prinsipini reallaşdırmağa çalışıb. Xalqların öz müqəddəratlarını təyinetmə hüququ ilə bağlı prinsip isə ümumiyyətlə, tətbiq olunmamış qalır” - deyə o sərsəmləyib.
Bu baxımdan o, Minsk Qrupunun bəyanatını “digər oyunçuların” Azərbaycana təzyiqi kimi qiymətləndirir və erməni diplomatiyasının fəaliyyəti üçün burada geniş sahə açıldığını zənn edir. “Biz Əliyevin ”artsax"ı tanıması üçün ona maksimum təzyiq edilməsinə nail olmalıyıq. Bu isə məntiqi olaraq o deməkdir ki, “artsaxı” ilk olaraq Ermənistan tanımalıdır. Bu, “artsax”ın beynəlxalq səviyyədə tanınması prosesinin təşəkkül tapmasına gətirib çıxaracaq və Əliyevə ən yaxşı və təsirli təzyiq vasitəsi olacaq", - deyə beyni “Böyük Ermənistan” virusu ilə zəhərlənmiş erməni politoloq sadəlövhcəsinə ümid edib.
Məlum bəyanatdan dolayı incə bir məqam, gəlişmə də var. Bu da Rusiyadan olan həmsədrin də sənədə imza atmasıdır. O Rusiya ki, onun lideri Vladimir Putin 2-ci Qarabağ savaşından az sonra belə bir cümlə işlətmişdi və düz də demişdi: “Ümid edirəm ki, bundan sonra ”Dağlıq Qarabağ münaqişəsi" ifadəsindən istifadə etməyəcəyik".
Yəni Rusiya prezidenti də konfliktin tarixə çevrildiyini etiraf etmişdi. Bu fonda rusiyalı həmsədrin öz ölkəsinin mövqeyi əleyhinə gedərək, Qərbin oyundan kənarda qalmış “vasitəçilərinə” qoşulması, havaya getməsi, ən azı, qəribə görünməklə yanaşı, məntiqli sual doğurur: əcəba, Rusiya da artıq ölü olan bir qurumun reanimasiya edilməsindəmi maraqlıdır? Belədirsə, bunu Moskvanın sülhməramlılar məsələsində ona böyük güzəşt eləmiş Bakıya qarşı yeni təzyiq rıçaqı yaratmaq cəhdi saymaq olarmı - xüsusən də “İsgəndər M” qalmaqalı ilə bağlı Azərbaycanın Kremldən izah gözlədiyi bir vaxtda?
Bu xüsusda politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsində bir fikir diqqət çəkir. Siyasi ekspert düşünür ki, Rusiya hazırda Azərbaycan daxilində “hibrid oyuna” əl atıb: “Rusiya Qarabağda sülhməramlı missiya adı altında humanitar fəaliyyətlərdən çox, siyasi oyunlar oynayır. Beynəlxalq təşkilatlar və ya tərəfdaşları, eləcə də Bakının dəfələrlə ”bizə lazım deyil" dediyi ATƏT-in Minsk Qrupunu da bura cəlb edərək, Azərbaycana qarşı təzyiq və təsir alətləri formalaşdırır. Yəni Rusiyanın Qarabağla bağlı başqa planları var. Bu, Azərbaycanın özünün ərazi bütövlüyünü bərpa etmək planları ilə uzlaşmır. Türkiyə də buna mane olur".
Politoloq bu kontekstdə Ağdamda fəaliyyət göstərən birgə Rusiya-Türkiyə monitorinq mərkəzinin üzdə görünməsə də, daxildə çox dərin işlər gördüyünə əmindir. “Rusiya da çalışır ki, öz məqsədlərini rahat həyata keçirə bilmək üçün Türkiyə prosesdən kənarda qalsın... Əslinə qalsa, Rusiya 44 günlük müharibədə heç dı sakit şəkildə kənarda durmamışdı. Oktyabrın əvvəlində o, BMT TŞ-də hərbi əməliyyatların dayandırılması ilə bağlı qətnamə qəbul etdirmək istədi. Eyni zamanda son 30 ildə olduğu kimi, 44 günlük müharibədə də, Ermənistana hər cür silah-sursat dəstəyi verdi. O sırada Azərbaycana satışının qadağan edildiyi sistemləri Ermənistana verdi (”Isgəndər M" nəzərdə tutulur - red.)".
Onun sözlərinə görə, Rusiya müharibə vaxtı Cənubi Qafqaz və ya Azərbaycandakı maraqları nəzərə alaraq, bir qədər özünü kənarda dururmuş kimi göstərsə də, əlaltından öz işini görüb. “Hərbi əməliyyatların gedişində bir çox ərazilərimiz işğaldan azad edildi. Sonra aydın olanda ki, Azərbaycan Ordusu Şuşaya girir, bu, Rusiya üçün narahatlıq yaradan məqam oldu. Şuşanın azad edilməsi həlledici məqam idi. Yəni Rusiyada Şuşanın azad olunmasını gözləmirdilər”, - deyə politoloq fikrinə bir az da aydınlıq gətirib.
Təbii ki, rəsmi Bakı son gəlişmələrin hamısının yaxşı fərqindədir. Onun da fərqindədir ki, “Minsk üçlüyü”nə hər hansı şəkildə yeni həyat vermək səyləri - konflikti sönməyə qoymamağa hesablanıb. Lakin ətrafımızda hansı məkrli oyunlar qurulur-qurulsun, Azərbaycan dövlətinin sükanı arxasında milli maraqlarımızın alver predmetinə çevrilməsinə heç vaxt imkan verməyəcək qətiyyətli, iradəli bir rəhbər dayanıb. Qalib Azərbaycan xalqının əzmi, iradəsi və saz vəziyyətdə olan “dəmir yumruğu” da öz yerində.
Bir də ki, qalib mühakimə edilmir. Ələlxüsus da o, haqlı olanda...
Analitik xidmət,
“Yeni Müsavat”
Ölkəmizdə əlillik pensiyası alanların sayının çox olması və bu rəqəmlərdə şişirdilmə, saxtakarlıqların olması uzun illər idi ki, müzakirə edilirdi. Bu sahədə müvafiq dövlət qurumları tərəfindən araşdırmaların aparılması, saxta əlillik dərəcələrinin ləğv edilməsi təklif olunurdu. Xüsusən də keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mənimsəmə, saxtakarlıq və korrupsiya əməlləri aşkarlandıqdan sonra bu qaçılmaz bir proses idi.
Bu baxımdan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə bu istiqamətdə ciddi iş aparılıb, əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlanıb. Bu barədə özü məlumat verən nazir bildirib ki, araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib. Əlbəttə, bu, indiki dövrdə, dövlət büdcəsinin qənaətə daha çox ehtiyacı olduğu, daha effektiv xərclənməli olduğu dövrdə müsbət addımlardır. Lakin bir məsələni də qeyd etməliyik ki, proses elektron sistem üzərindən həyata keçirildiyinə görə burada texniki səbəblərdən imtina alanlar, əlillik dərəcəsi haqsız olaraq aşağı salınanlar, pensiyası kəsilənlər də olub. Həmin vətəndaşların narazılıqları artıq mətbuatdan, sosial şəbəkələrdən eşidilməkdədir. Hətta onların arasında I Qarabağ savaşı qaziləri də var. Belə olan halda, onlara imtina cavabından apelyasiya şikayəti vermək və ya nazirliyin qərarını mübahisələndirmək imkanı da yaradılmalıdır.
Haqsız yerə imtina alanlar nə etməlidir?
“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı alim, deputat Vüqar Bayramov da bildirdi ki, bütövlükdə əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı institutsional islahatların dərinləşməsini təklif edir. Elektron müraciətlər yaxşıdır: “Ancaq bizə olan müraciətlər də göstərir ki, əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı elektron müraciətlər zamanı bir sıra texniki problemlər olur. Xüsusən də bu prosesə bir neçə qurumun məsul olması əlillik dərəcəsinin müəyyənləşməsi prosesində yubanmalara gətirib çıxarır. Bu da imtinaların sayına təsir göstərir. O baxımdan xüsusən də inkişaf etmiş ölkələrin təcrübəsini nəzərə alsaq, institutsional islahatlar aparılsın, prosesə nəzarət vahid qurum tərəfindən həyata keçirilsin. Müraciətdən başlayaraq əlillik dərəcəsinin verilməsinədək olan prosesə bir qurumun nəzarət etməsi daha məqsədəuyğundur. Proses bir neçə mərhələdən ibarətdir. Bəzi hallarda, praktik olaraq sonuncu mərhələyə gəlmədən, əlillik dərəcəsinin verilməsi mərhələsinə çatmadan texniki səbəblərdən imtina verilmiş olur”.
Vüqar Bayramov
Vüqar Bayramovun başqa bir təklifi isə bu şəxslərlə səyyar görüşlərin təşkil olunmasıdır: “Pandemiya şərtlərini nəzərə almaqla səyyar görüşlər keçirmək və bu proseslərin müzakirəsinin aparılması daha məqsədəuyğundur. Bizim apardığımız monitorinqlər göstərir ki, əlillik üçün müraciət edən vətəndaşlarımızın böyük bir qismi elektron xidmətlərdən tam olaraq istifadə edə bilmir. Ona görə də səyyar olaraq prosesin yerində həyata keçirilməsi, belə bir görüşlərin təşkil olunaraq müzakirələrin aparılması məqsədəuyğundur. Bu artıq əlillik üçün müraciət edən şəxslərin, əlillik dərəcəsi almaq üçün iddia edən, ancaq ala bilməyən vətəndaşlarımızın yerində dinlənməsinə və qərar verilməsinə gətirib çıxaracaq. Ona görə də institutsional islahatların aparılması və bu istiqamətdə vahid qiymətləndirmə sisteminin yaradılması, eyni zamanda səyyar görüşlərin keçirilməsi məqsədəuyğun olardı”.
Qeyd edək ki, mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə də sorğu göndərdik. Nazirlikdə sorğumuza gələn cavabda bildirilir ki, sosial sahədə aparılan islahatların əsas hədəflərindən biri də əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi və saxta təyinatların aşkar edilərək ləğv olunmasıdır: “Saxta əlillik təyinatlarının ləğvi nəticəsində qənaət edilmiş vəsaitlər də elə həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial ödənişlərinin (o cümlədən müavinət və pensiyaların) artırılmasına sərf olunub. Bu da sosial ədalətliliyi özündə ehtiva edir, haqqı çatan və həqiqi əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bəzən elə olur ki, şəxs sosial ödənişləri dayandığı təqdirdə əlilliyinin ləğv edildiyini düşünür, narazılıq edir. Lakin belə halda o bilməlidir ki, əlilliyi ləğv edilməyib, sadəcə, əlilliyinin müddəti bitib.
Qeyd edim ki, əlillik geridönməz hallarda (əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s.) müddətsiz təyin edilir, bu şəxslərin əlilliyi ömürlük müəyyən olunur. Ona görə də belə şəxslərin əlilliklərinin təkrar müayinəsinə ehtiyac qalmır.
Lakin digər hallarda müddətli təyin edilir və əlillik müddəti bitmiş şəxs əlilliyinin müddətinin uzadılması üçün səhiyyə müəssisələrinə müraciət etməlidir ki, onun barəsində elektron sistemə göndəriş (forma 88) daxil edilsin. Bu göndəriş əsasında əlilliyin təkrar qiymətləndirilməsi də vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən həyata keçirilir. (Videoçarx: Əlillik necə təyin olunur? https://www.youtube.com/watch?v=3nteQjf8dw4)
Hansı hallarda əlillik təyin olunduğu qanunvericilikdə (http://www.e-qanun.az/framework/31771) konkret müəyyən olunub. Əlilliyi, əlilliklə bağlı sənədləri şübhə doğuran şəxslər ilk növbədə əyani müayinəyə cəlb edilir, əyani müayinə nəticəsində əlilliyin ləğv edilib-edilməməsinə dair qərar verilir. Əgər qiymətləndirmə zamanı şəxs ona əlillik təyin olunmamasına dair qərardan və ya əlilliyinin əsassız hesab edilərək ləğv edilməsindən narazı qalarsa, əlillik üçün təkrar müraciət etmək və ya apelyasiya müraciəti imkanları vardır".
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”
Bir neçə gün əvvəl Prezident və birinci-vitse prezidentin iştirakı ilə Pirşağı qəsəbəsində təmir-bərpa işlərinin bünövrəsi qoyulub. Pirşağı tarixən iqlim terapiyası üçün əlverişli zona hesab olunub. Yekunda ekoloji vəziyyətin də yaxşılaşdırılması hədəf kimi qarşıya qoyulub.
Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq. Mərkəzi hissədə məscidin qarşısında Şərq bağçılıq ənənələrinə uyğun parkın salınması nəzərdə tutulur. Ənənəvi “Çar-bağ” (Cahar-bağ) prinsipi ilə salınacaq parkın mərkəzində su hövzəsi yerləşdirilib və ondan dörd istiqamətdə yollar ayrılır.
Qəsəbələrdə abadlaşdırma işləri məşğulluğun təminatına da müsbət təsir göstərir. Prosesdə iştirak edənlərin böyük əksəriyyəti məhz yerli sakinlərdən ibarətdir.
Yeni siması ilə postpandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən qəsəbələrdə tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.
Abadlaşdırma zamanı tarixi abidələrin bərpası və aşkarlanması əsas məqsədlərdəndir. Məsələn, Pirşağıda bu mənada bərpa-konservasiya olunacaq abidələrdən biri Hacı Şahverdi hamamıdır. Bu hamam XIX əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa olunub. Yerli əhali arasında o, “Qum hamamı” kimi tanınır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hacı Şahverdi hamamı ilə tanış olublar.
Bu il Mərdəkan, Buzovna və Maştağa qəsəbələrinin də bu prosesə qoşulacağı gözlənilir.
Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində həyata keçirilən bu layihələr həm tarixilik, həm də mövcud reallıqlar baxımından xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, yerli memarlıq məktəbinin üslubları və özünəməxsus rəng çalarları yenidən canlandırılır və gələcək nəsillərə ötürülür.
Ötən il yenidən qurulan Balaxanı qəsəbəsinə səfər edən Prezident İlham Əliyev planın digər qəsəbələri də əhatə edəcəyini bildirib: "Əlbəttə ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib. İlkin mərhələdə təqribən 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Ancaq əlbəttə ki, bunun yüz faiz surəti olmayacaq. Hər bir qəsəbənin özünəməxsus memarlıq üslubu var, tarixi var, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun. İlk növbədə, sakinləri narahat edən problemlər, necə ki, burada infrastruktur - kanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, insanların gündəlik qarşılaşdığı digər məsələlər həll olunur. Eyni zamanda təmir-bərpa işləri də mütləq yerli sakinlərin iştirakı və ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir. Eyni zamanda gənc nəsil də buna qoşulur ki, hər bir kəndin özünəxas görüntüsü olsun".
Prezident İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib. Dövlət başçısına verilən məlumata görə, 45 il əvvəl tikilən “Hövsan” yarımstansiyası müasir səviyyədə yenidən qurulub, buradakı avadanlıqlar yeniləri ilə əvəz olunub. Yarımstansiya “Şimal” Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülmə keyfiyyətinin artırılmasında, “Abşeron”, “Böyükşor”, “Suraxanı”, “Ramana”, “Əhmədli”, “Qala”, “Zığ” yarımstansiyaları ilə əlaqələnməklə Bakı və Abşeron yarımadasının, xüsusən də Suraxanı, Günəşli, Əhmədli ərazilərinin elektrik enerji təchizatında mühüm rol oynayır.
Ölkə Prezidentinə yenidən qurulan 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyası barədə də məlumat verilib. Bu yarımstansiya da tam yenidən qurularaq etibarlılığı və dayanıqlılığı artırılıb, istehlakçıların fasiləsiz və keyfiyyətli enerji ilə təchiz edilməsi təmin olunub. Bu yarımstansiya Sabunçu və Xəzər rayonlarının, xüsusən də Maştağa, Buzovna, Bilgəh, Nardaran qəsəbələrini, ümumilikdə 150 min nəfərə yaxın sakini elektrik enerjisi ilə təchiz edəcək.
Bu yarımstansiyalar da Bakı qəsəbələrinin təmi-bərpa planının tərkib hissəsi hesab olunur. Belə ki, qəsəbələrin su, kanalizasiya xidməti, qaz, elektrik enerjisi təchizatı sistemlərinin yenilənməsi də planın mühüm tərkib hissəsidir.
Planın icrası nəticəsində Bakı qəsəbələrinin turizm baxımından cəlbediciliyi artacaq.
İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”
Əvvəldən də bilinirdi ki, hər iki general Rusiya ilə gizli-aşkar əlaqələrə malikdir. Vəzifələrindən Azərbaycan üçün olduqca önəmli bir dönəmdə qovulmalarında bu məqamın xüsusi yer aldığı da istisna edilmirdi. Nəhayətdə Rövşən Əkbərov həbs olundu. Artıq həbsinin 1-ci ayı yekunlaşıb. Yaxın 3 ay ərzində də o, istintaq altında olacaq. Vəzifəcə ondan daha yuxarı pillədə dayanmış, illərlə Azərbaycan Ordusunda baş verən neqativlərdə adı hallanan Nəcməddin Sadıkov isə hələ də azadlıqdadır. Aydındır ki, dövlətin əlində Nəcməddin Sadıkovu bir ömür həbsdə saxlayacaq dosye var. Bununla belə, Sadıkovun immuniteti davam edir. Baş Qərargah rəisi müharibə dönəmində vəzifəsindən kənarlaşdırılsa da, rəsmən elan olunmayıb. Nəcməddin Sadıkov və onun ətrafı haqqında, bacısı oğlu Ramil Əsgərov barədə müharibədən əvvəl də çox mənfi imic formalaşmışdı. İddialar var ki, Rövşən Əkbərovla başlayan proses davam edəcək və burada əsas hədəfin sabiq Baş Qərargah rəhbəri Nəcməddin Sadıkov olacağı da istisna olunmur.
Hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Rövşən Əkbərov kimi Azərbaycan Ordusunda əli qana batan çox sayda yüksək rütbəlilər var: “Nəcməddin Sadıkov və onun kimilər vaxtında həbs edilsəydi, Azərbaycan torpaqları 30 il işğal altında qalmazdı. Təsəvvür edin ki, bu adamlar ola-ola, hər bir addımımız düşmənin əlinin içində ola-ola, biz qalib gəldik. Biz bunu bacardıq. Bu gün Nəcməddin Sadıkov azadlıqdadır və öz işini görür. Bu adamlar Azərbaycan Ordusunu içindən dağıdanlar, ”yeyənlərdir". Nəcməddin Sadıkov və Rövşən Əkbərov bir mərkəzdən idarə olunan adamlardır".
Hüquqşünas deyir ki, Azərbaycan Ordusu 44 günlük müharibədə öz gücünü düşmənə göstərib, amma Sadıkovun ordumuza yerləşdirdiyi kadrlar bu gün də iş başındadır: “Bu adamlar olmasaydı, Azərbaycan Ordusu illər öncə torpaqlarımızı düşməndən təmizləyərdi, gedib Zəngəzurda oturardı. Bu gün ordunu korrupsiyalaşmış ”sadıkovçu"lardan təmizləmək lazımdır. Azərbaycan Ordusunda olan “5-ci kolon” tam olaraq təsbit olunmaqla uzaqlaşdırılmalı, hər biri istintaqa cəlb edilməklə ən ağır cəzaya çatdırılmalıdır. Bu adamların əli minlərlə əsgərimizin qanına batıb. Əlbəttə ki, Sadıkovun da barəsində dosye var, ilk imkandaca həmin dosye ittiham aktına çevriləcək".
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Az öncə Bakıda açılan Hərbi Qənimətlər Parkını yəqin ki, erməni separatçı-faşist ünsürlər hələ uzun müddət unutmayacaqlar. Onların qaldırdıqları hay-küy isə heç də olmayan milli qürurları ilə bağlı deyil. Məsələ ondadır ki, bununla Azərbaycan xalqının daim ayıq-sayıq olması üçün ciddi və tarixi bir imperativ yaradılıb.
Bu xüsusda Hərbi Qənimətlər Parkı həm də gələcək nəsillərimiz üçündür ki, hansı təhlükəli düşməni məğlub elədiyimizi və bunun xalqımıza neçəyə başa gəldiyini heç vaxt unutmasınlar. Unutmasınlar və ermənilərin yalanlarına, şirin dilinə aldanıb ayıq-sayıqlığı əldən verməsinlər.
Yazılarımızdan birində vurğuladığımız kimi, erməni anaları öz övladlarının hara və nə üçün göndərildiyini yaxşı bilirdilər. Onlar övladlarını torpaqlarımıza “xeyir-dua” verib yola salmışdılar, onları fəxrlə işğalçılıq müharibəsinə, “qədim erməni yurdu artsax”ın müdafiəsinə göndərmişdilər. Övladlarının “məğlubedilməz ordu”nun qalib hərbçiləri kimi geri dönəcəklərinş zənn edirdilər. Ümidləri daşa dəydi.
Beləcə, 6 aydır Ermənistan, ermənilər yas içindədir. Amma artıq yas saxlamaq yox, ibrət götürmək, qonşularla müharibə haqda deyil, sülh haqda düşünmək zamanıdır. Zaman gedir. Ermənistan, onun siyasi elitası və cəmiyyəti isə hələ də qonşularla sülh qərarını qəti olaraq verə bilmir. Halbuki beyni ultra-millətçi virusuna yoluxmuş bu xalqın tək xilası, ayaq üstə qalxaraq dirçəlməsi, təhlükəsiz mövcudiyyəti müstəsna olaraq iki qonşu - Azərbaycan və Türkiyə ilə təcili şəkildə və bütün sferelarda əlaqələri bərpa eləməkdən keçir.
Əks halda, kapitulyasiyadan sonra cəmi 2.5 milyon əhalisi qalan Ermənistan gözlənildiyindən də sürətlə boşalacaq. Artıq yerli sosioloq və iqtisadçılar da etiraf edirlər ki, ölkə növbəti böyük köç astanasındadır. Bu dəqiqə ac-yalavac əhali Ermənistandan kütləvi şəkildə baş götürüb getməyə fürsət axtarır. Pandemiyaya görə sərhədlərin bağlı olması belə onların çıxıb getməsini əngəlləyə bilmir, Rusiyaya uçan aviareyslərdə biletlər kəllə-çarxa çıxıb, birə-iki, birə-üç qiymətə satılır. Çünki tapılmır...
Maraqlıdır ki, bu arada Qarabağda qalan erməni əhalidə də köç əhvalı güclənib. Erməni qaynaqları yazır ki, Xankəndindəki separatçıların “deputatı” Metakse Akopyan ermənilərin Qarabağı tərk etdiyini deyib. O, ermənilərin gələcəyə ümidlərinin qalmadığını söyləyib. “Müharibədən sonra Qarabağdakı ermənilərin sosial məsələləri həll olunmur, əhali tədricən gələcəyə ümidini itirir, əksəriyyət getmək haqqında düşünür. Artıq həkimlər, müəllimlər, mədəniyyət işçiləri, ixtisas sahibi olanlar gedirlər. Belə davam edərsə, Qarabağ boşalacaq”, - o bildirib.
Belə davam etməməsi üçün isə Qarabağda qalan erməni azlıq vaxt itirmədən Azərbaycan Konstitusiyasını tanımalı, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü qəbul edib dövlətimizin təbəəliyi altına keçməli, vaxt itirmədən cəmiyyətimizə inteqrasiya olunmaq haqda düşünməlidir. Başqa yol yoxdur və olmayacaq. Başqa yol emiqrasiyaya aparır. Söhbət həm də Ermənistandakı əhalidən gedir. Odur ki, seçim həmişəki kimi ermənilərindir.
Əfsus ki, bu yöndə Ermənistandan, onun rəhbərliyindən pozitiv siqnallar çox zəif gəlir və ya heç gəlmir. Yaxud ənənəvi - İkinci Qarabağ müharibəsinədək olan davakar ritorikanı eşidirik. Bu da növbəti fakt.
“Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın maraqlarına uyğun deyil”.
Armen Sərkisyan
Bu sözləri Ermənistan Prezidenti Armen Sərkisyan ötən həftəsonu Gürcüstana səfəri çərçivəsində deyib. Tiflisdə jurnalistlərin suallarını cavablandıran Sərkisyan açıq-aşkar düşmənçilik münasibətlərinin davam etdirilməsində maraqlı olduqlarını dilə gətirib. O hesab edir ki, Türkiyə qondarma soyqırımı qəbul etməsindən, Azərbaycanın isə saxladığı terrorçuları geri verməsindən sonra münasibətlərin normallaşmasından danışmaq olar.
Səfərlə bağlı bunu da yada salaq ki, Ermənistan prezidenti Gürcüstan prezidentinin iqamətgahında qonaqlar üçün nəzərdə tutulan xatirə kitabında öz ürək sözlərinin altında Türkiyədəki Ağrı dağını simvolizə edən rəsm çəkib. Bununla da bir daha Ermənistanın qardaş ölkəyə qarşı rəsmən ərazi iddiası olduğunu təsdiqləyib.
İndi belə sırtıq rəhbərləri olan bir xalqla necə normal qonşuluq münasibətləri qurmaq olar?
Bununla belə, müharibədən sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə normal qonşuluq əlaqələri qurmasına ən böyük əngəl Qərb dövlətlərindəki, özəlliklə ABŞ və Fransadakı erməni lobbisi və onların pulla ələ aldıqları parlamentarlar sayılmalıdır. Belələrindən biri də ABŞ Konqresinin aşağı palatasının - Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü erməni kökənli Jackie Speierdir. Bugünlərdə o, növbəti təxribatçı bəyanatla çıxış edib.
Xəbər verilir ki, Speier Birləşmiş Ştatların Müdafiə Nazirliyini (Pentaqon) Azərbaycan və Ermənistanın təhlükəsizliyi üçün ayrılmış yardımlarda pariteti saxlamağa çağırıb. Pentaqonun bu iki ölkə ilə bağlı yeritdiyi siyasətə etiraz edən xanım Speier Twitter hesabında yazıb: “Azərbaycan 200 erməni əsiri girov saxlayır, onlara dəhşətli işgəncələr verirlər. ABŞ bütün erməni əsirlərin azad edilıməsini tələb etməlidir. Şokedici şəkildə ABŞ Azərbaycana 100 milyon dollar yardım göndərir, Ermənistana isə 0 dollar verir. ABŞ Ermənistana və Azərbaycana yardım məsələsində pariteti saxlamalıdır!”
Jackie Speier
Erməni lobbisinin çörəyini yeyən bu üzdəniraq xanım siyasətçi deyib: “Bu gün ABŞ Müdafiə Nazirliyinə bu iki ölkəyə yanaşmadakı bərabərsizliklə bağlı etiraz etdim. Cavab qaneedici deyildi. Zorakılıq və qeyri-sabitlik ABŞ-ın maraqlarına cavab vermir. Azərbaycanı hərtərəfli hücumuna görə mükafatlandıra və erməni xalqına qarşı daha çox təzyiqə imkan verə bilmərik”.
Bu da diqqətçəkicidir ki, Ermənistan mətbuatının yaydığı fotoda o, Ermənistan bayrağı ilə qondarma “DQR”in yanaşı qoyulmuş “bayrağı” qarşısında dayanıb. Amerika Erməniləri Milli Komitəsi isə sadəcə, ABŞ-dan ermənilər üçün dəstək almağa çalışmır, həm də rəsmi Vaşinqtonun Türkiyə və Azərbaycana iqtisadi sanksiyalar tətbiq etməsini təşviq edir. Bununla bağlı ermənipərəst konqresmenlər prezident Co Baydenə artıq bir neçə dəfə müraciət ünvanlayıblar.
Göründüyü kimi, “genosid”, “işğal”, “artsax” deyib duran erməni diasporu, ermənipərəst və erməni kökənli konqresmenlər əllərindən gələni edir ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə barışığı heç vaxt baş tutmasın. Onlar öz təxribatçı əməlləri, misilsiz riyakarlıqları, həyasızlıqları və yalançı təbliğatları ilə daima Türkə nifrət körükləyirlər. Bütün bunlar o anlama gəlir ki, bölgədə sərhədlərin və kommunikasiyaların açılması asan olmayacaq. Bunun üzərinə Ermənistandakı siyasi qüvvələrin əksəriyyətinin erməni lobbisi ilə sinxron mövqe nümayiş etdirdiyini də gəlsək, mənzərə bir az da aydınlaşar.
Ancaq Ermənistanın daxilindəki və xaricindəki bu faşist, irqçi və revanşist qüvvələrdən soruşmaq istəyirsən: iki əsas qonşu dövlətlə - Azərbaycan və Türkiyə ilə sərhədlər bağlı qaldıqca, blokada götürülmədikcə əhalisi acından ölən, yoxsul Ermənistanın hazırkı dərin iqtisadi böhran bataqlığından çıxıb inkişafa üz tutmasını, ölkədən növbəti böyük köçün önlənməsini necə təsəvvür edirlər?
Əlbəttə ki, erməni lobbisinin yeri çox rahatdır. Heç bir sıxıntı çəkmir, maddi çətinlik görmür. Azərbaycan atalar məsəlində deyildiyi kimi, “Toxun acdan xəbəri olmaz”. Ancaq bu, enində-sonunda bizim - Azərbaycanın yox, erməni toplumunun, xüsusən də Ermənistandakı toplumun və onun önündə getməyə iddialı olanların problemidir. Yekun qərarı da onlar verməlidir...
Siyasət şöbəsi