Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbində “Bayrağımız müqəddəsdir” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir içtirakçılarına Cümhuriyyətimizin, müstəqilliyimizin tarixi haqqında ətraflı məlumat verilib.
Tədbirin bədii hissəsində musiqi məktəbinin şagirdləri müxtəlif musiqi alətlərində Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.