Muxtar respublikada 80 layihəni reallaşdırılmasına 2 milyon 303 min manat kredit ayrılıb

Bu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən yeni layihələrin reallaşdırılmasına 2 milyon 303 min 478 manat kredit ayrılıb. Kredit qoyuluşları sənaye, kənd təsərrüfatı, xidmət sahələri üzrə olmaqla, ümumilikdə, 80 layihəni əhatə edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, verilən kreditlər yeni sənaye müəssisələrinin yaradılmasında mühüm rol oynayıb. Cari ilin ötən dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye sahəsinin inkişafının stimullaşdırılması üçün 3 layihənin maliyyələşdirilməsinə 115 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.

Mənbə:
0
418
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar