Namiq Ələsgərovdan üzücü xəbər

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Olimpiakos"un qonağı olan "Neftçi" ciddi itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın lideri Namiq Ələsgərov ilk hissənin sonlarında məcburi əvəzlənməli olub.

Görüşün 43-cü dəqiqəsində rəqib futbolçusu Medi Kamara Namiqə qarşı kobud oynayıb. Burnundən zədə alan "Neftçi"nin qol "silah"ı meydanı qan içində tərk edib. Onu Mirabdulla Abbasov əvəzləyib. "Olimpiakos"un qolunun müəllif olan Kamara isə qırmızı vərəqə ilə meydandan qovulub.

***

"Neftçi"nin 0:1 hesabı ilə uduzduğu matçdan sonra komandanın baş məşqçisi Samir Abasov Namiq Ələsgərovun zədəsinin ciddi olduğunu bildirib. O, futbolçunun burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqlar olduğunu deyib. 26 yaşlı hücumçu ən azı cavab matçını da buraxacaq.

Milli.Az

0
66
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar