“Neftçi”-HİK oyununu şotlandiyalı hakimlər briqadası idarə edəcək

Bakının “Neftçi” futbol klubunun UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində HİK (Finlandiya) ilə keçirəcəyi ilk oyununun hakimləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, avqustun 3-də “Bakcell Arena”da baş tutacaq görüşün start fitini şotlandiyalı Uilyam Kolluma verəcək. Ona yan xətdə həmyerliləri Devid Makgiçi və Şon Karr köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yuan Anderson yerinə yetirəcək.

Qeyd edək ki, “Neftçi”-HİK matçı saat 21:00-da start götürəcək. Komandalar arasında cavab oyunu avqustun 12-də Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq.

Mənbə:
0
75
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar