Neftin qiymətində növbəti rekord gözlənilir

Dünya bazarında enerji daşıyıcılarının qiymətinin artımı yaxın aylarda inflyasiyanın yüksəlməsinə, digər mal və xidmətlərə olan xərclərin azalmasına, nəticədə ABŞ iqtisadiyyatının bərpasının dayanmasına səbəb ola bilər.

Index.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumatda deyilir ki, bu il xam neftin qiyməti 64% bahalaşıb ki, bu da son 7 ilin rekordudur. Təbi qazın qiyməti isə son 6 ayda 2 dəfə artıb ki, bu da son 7 ilin rekordudur.

Dünya bazarında neft-qazın qiymətinin artması son vaxtlar onlara olan tələbatın yüksəlməsi və təklifin azalması ilə bağlıdır. Pandemiyanın zəifləməsi ilə insanlar daha çox xərcləməyə başlayıblar və zavod-fabriklər daha çox enerji sərf edirlər. Neft hasilatı isə OPEC-in qərarları ilə məhdudlaşıb, üstəlik, ABŞ-da İda qasırğası səbəbindən Meksika körfəzində qaz hasilatı demək olar dayanıb. Nəticədə Avropada qaza artan tələbatı qarşılamaqda çətinlik yaranıb.

Bəzi ekspertlər hesab edir ki, bu amillər neftin və qazın daha da bahalaşmasına səbəb olacaq. "Moody’s Analytics"in əməkdaşları hesab edir ki, gələn ilin əvvəlində neftin qiyməti 80-90 dollar arasında olacaq. "JPMorgan" şirkəti neftin qiyməti ilə bağlı daha radikal proqnozlar verir. Şirkət hesab edir ki, neft qarşıdakı 3 ildə bahalaşaraq 2025-ci ildə 190 dollara yüksələcək.
Mənbə:
0
125
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar