• Şikayət et

"130 kvadrat kilometrdən çox ərazi Azərbaycan Ordusunun nəzarətindədir" - Asryan

“Su yox, torpaq yox, özümüz də Azərbaycan Silahlı Qüvvələrinin ovcunun içindəyik”.

Bunu Sputnik Armeniya-ya Ermənistanın Nerkin And kəndinin sakinləri deyib. Onlar bildiriblər ki, sentyabr hadisələrindən sonra  Sünikdəki (Zəngəzur) sərhəd kəndi çətin vəziyyətə düşüb.

Sentyabrın 13-dən sonra kəndi tərk edən qadınlar və uşaqlar bir daha geri qayıtmayıblar. Yalnız kişilər qalıb.

Nerkin Anda qalan sakinləri deyir ki, bütün əkin sahələri və otlaqlar Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində və ya “neytral” vəziyyətdədir (təxminən 245 hektar). Azərbaycanlılar kəndin inzibati ərazisinin böyük hissəsini – “Şikaxox” qoruğunun bir hissəsi, meşə təsərrüfatı, kənd təsərrüfatına yararlı torpaqlar nəzarətə götürüb.

Təxminən 65 hektar ərazisi olan “Çinarlıq” ziyarətgahı Ermənistanın nəzarətində qaldı (bunun 5-6 hektarı Azərbaycanın nəzarətindədir).

Kəndi içməli su ilə təmin edən mənbə Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə qalıb.

Kənddəki kişilər hər ehtimala qarşı hər gecə növbə çəkirlər. Sakinlərdən biri bizə ov tüfəngini göstərir. Deyir ki, tam silahlı olmaq daha yaxşıdır.

Birbaşa kəndin qarşısındakı mövqelərdə faktiki olaraq aktiv mühəndislik işləri aparılır.

Ən yaxın Azərbaycan mövqeləri Nerkin Andın 300-400 metrliyindədir. Kənd tam gözləri qarşısındadır.

Bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan bildirib ki, Azərbaycan tərəfi müxtəlif hesablamalara görə, Ermənistanın 130 kvadrat kilometrdən çox ərazisini “ələ keçirib”.

Xuraman Etibarlı

Mənbə:
0
655
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar