• Şikayət et

ABŞ Konqresində Azərbaycanla bağlı müzakirələr - Qazax və özbək parlamentarilərdən ölkəmizə dəstək

Millət vəkilləri Fazil Mustafa, Tamam Cəfərova, Vüqar Bayramov, Nurlan Həsənov, Soltan Məmmədov Konqresdə görüşlər keçirmək, Azərbaycanla bağlı müzakirələr aparmaq üçün ABŞ-a səfər ediblər.
10 gün davam edəcək səfər çərçivəsində millət vəkilləri artıq bir sıra görüşlər keçiriblər.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın "Facebook" hesabındakı paylaşımlarından aydın olduğu kimi keçirilən görüş və müzakirələrə qardaş Qazaxıstan və Özbəkistan parlament üzvləri də qoşulublar. Səfər çərçivəsində azərbaycanlı millət vəkilləri Konqresin nəzdində Elmi-Araşdırma mərkəzinin rəhbərliyi ilə məhsuldar fikir mübadiləsi aparıblar.
Millət vəkili Nurlan Həsənov da bu görüşlər barədə sosial şəbəkə hesabında məlumat yayıb. Bildirib ki, ABŞ Konqresində bir sıra konqresmenlərlə və Konqresin əməkdaşları ilə görüşlərdə Cənubi Qafqazda gedən siyasi proseslər, Azərbaycanın regionda siyasi gücü, sülh üçün çalışması, multikulturalizm, dini tolerantlıq və Qarabağda quruculuq işləri barədə müzakirələr aparılıb: "Xüsusilə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün beynəlxalq dəstəyin önəmli olduğunu Konqres üzvlərinə çatdırmağa çalışdıq. Bu növ görüşlər ölkələrimiz arasında əlaqələrin güclənməsinə, dostluqların qurulmasına xidmət edir. Bunun üçün “openworld” proqramı təşkilatçılarına böyük bir təşəkkür düşür".
Alpər TURAN

Mənbə:
0
398
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar