Almaniya Nazirlər Kabinetinin iclasında oktyabrın 1-dən etibarən təyyarələrdə və uzun qatar səfərlərində FFP2 tipli maskaların taxılmasının məcburi edilməsinə qərar verilib.
Turizmplus.az xəbər verir ki, Almaniyada Covid-19 epidemiyası ilə bağlı tədbirlər barədə açıqlamalar verən səhiyyə naziri Karl Lauterbax payızda yeni dalğa gözlədiklərini açıqlayıb.
Qeyd edək ki, yeni qadağaların 7 aprel 2023-cü ilə qədər davam etməsi planlaşdırılır.