Anası Ronaldonun Corcina ilə evlənməsinə qarşı çıxdı

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun anası Mariya Dolores Aveyru oğluna indiki sevgilisi Corcina Rodriqeslə evlənməməyi məsləhət görüb.

Qol.az "Cuatro" telekanalına istinadən xəbər verir ki, bu barədə portuqaliyalı hücumçunun bir dostu məlumat verib. Onun sözlərinə görə, Ronaldonun anası hesab edir ki, Corcina yalnız oyunçunun pulu ilə maraqlanır. Buna görə də Dolores oğlunu Corcina ilə evlənməkdən çəkindirir.

Qeyd edək ki, son illərdə Kriştiano və Corcinanın Mərakeşdə gizli toy etməsi haqqında şayiələr yayılmışdı. Rodriqes isə bu xəbərlərə şərh verməkdən imtina etmişdi.

Mənbə:
0
980
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar