• Şikayət et

ATAA və Qətər Hava Yolları turizm sahəsində əməkdaşlığı müzakirə edib

 

“Yaxın Şərq ölkələrindən Azərbaycana səfər edən turistlər ölkənin gəlmə turizmində əhəmiyyətli yer tuturlar və Assosiasiya bu istiqamətdə turist axınının artırılması üçün tərəfdaş şirkətlərlə əməkdaşlığa xüsusi önəm verir”.

Bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Qətər Hava Yollarının Azərbaycan üzrə satış meneceri İsmail Oztaş ilə görüşü zamanı bildirib.

Cari ilin yanvar-avqust aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 170709 nəfər əcnəbi qonağın səfər etdiyini qeyd edən Göydəniz Qəhrəmanov bu istiqamətlərdən aviauçuşlar həyata keçirən şirkətlərin fəaliyyətini yüksək qiymətləndirib. O, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Qətər Hava Yolları şirkəti ilə Assosiasiya üzvləri arasında əməkdaşlığın artırılmasına ATAA-nın bundan sonra da dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Qətər Hava Yollarının Azərbaycan üzrə satış meneceri İsmail Oztaş təmsil etdiyi aviaşirkətin Azərbaycanın turizm yönümlü təşkilatları ilə sıx əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib. İsmail Oztaş hazırda Qətər Hava Yollarının Bakı-Doha-Bakı istiqaməti olmaqla gündəlik reyslər həyata keçirdiyini və əməkdaşlığı genişləndirməyə hazır olduqlarını deyib.

Qurum rəhbərləri turizm sektorunun inkişafına yönəlik biznes əlaqələrinin genişləndirilməsi məqsədilə bu formaltı görüşlərin daha intensiv keçiriləcəyini bildiriblər.

 

Mənbə:
0
2127
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar