Avroliqada xoşagəlməz olay

“Ayntraxt”ın (Almaniya) qapıçısı Kevin Trapp Avropa Liqasında “Antverpen”lə (Belçika) dünənki səfər matçında xəsarət alıb.

Qol.az xəbər verir ki, 47-ci dəqiqədə belçikalı azarkeşlərin meydançaya atdığı fişənglərdən biri futbolçunun ayağının düz yaxınlığında açılıb. Nəticədə qapıçı yerə yıxılıb. Ona bir neçə dəqiqə kömək götərilib və o, oyuna davam etdirib, əla bir seyv edib. Partlayışdan sonra oyunçu sol qulağını tutub. Hadisə ilə bağlı UEFA intizam işi açıb. Belçika klubunun cəzalandırılacağı gözlənilir.

Qeyd edək ki, almanlar dünənki qarşılaşmada qələbə qazanıblar (1:0).

Mənbə:
0
294
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar