• Şikayət et

Avropa İttifaqı adekvat davranmalıdır - VİDEO

Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şubelin Ermənistandan sonra Azərbaycana gəlişi maraq doğurmaya bilməzdi. Prezident İlham Əliyevin qəbulunda olan Şubel Ermənistanın sülhsevər niyyətinə diqqət çəkmək istəsə də, dövlət başçısı qonağa real mənzərəni göstərdi. Hərçənd ki, Avropa İttifaqı da Ermənistanın səmimi olmadığını gözəl bilir. Üçtərəfli görüşlərdə Ermənistanın sığorta şirkəti kimi davranan Fransanın sonradan hansı yollara əl atdığını xatırlatmaq kifayət edir. Hər halda Avropa İttifaqının təmsilçisi Fransa-Ermənistan qardaşlığından bixəbər deyil. Amma Azərbaycan prezidenti Şubellə görüşü zamanı digər məqama diqqət çəkdi. Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın Qarabağda peydə olması təsadüf deyil. Əgər bölgədə yaşayan ermənilər Vardanyanın təfəkkürü ilə hərəkət etsə Qarabağ səmasında göyərçin görmək mümkün olmayacaq. Prezidentdən sitat: Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Sitatın sonu. Əvvəla onu deyək ki, Ruben Vardanyanın Rusiyanın hakim elitası ilə sıx əlaqələrinin olduğu faktdır. O, Qarabağa gəlişi ilə Kremlin regiondakı yeni oyunlarının əsasını qoydu. Nensi Pelosinin Ermənistana gəlişi və orda kövrəlməsi üçün milyonlarından keçən Vardanyanın bundan sonrakı fəaliyyəti kifayət qədr qaranlıqdır. Mürəkkəb siyasi vəziyyətdən qazanclı çıxmağa çalışan Vardanyan sanksiyaya məruz qalmış və sərvət itirmiş rusiyalı milyoner obrazını da canlandıra bilər. Özü də bunu Qarabağda etməklə dünya liderlərinin və Ermənistanın halına acıyan qərb dövlətlərinin diqqət mərkəzinə düşmək mümkündür. Eyni zamanda ikili oyun göstərən Ruben Rusiyanın ünvanına təriflər yağdırır, sülhməramlılarının Qarabağdakı mandatının müddətsiz olmasını təklif edir. Göründüyü kimi, bir əldə iki qarpız saxlayan Vardanyan Rusiya-Qərb qarşıdurmasından da itkisiz çıxmağa çalışır. 2021-ci ildə “Forbes” jurnalının milyarderlər siyahısına düşmüş erməninin Qarabağa gəlişi təkcə Azərbaycanın deyil, Avropa İttifaqının da diqqətində olmalıdır. Çünki çirkli pulların yuyulması ilə bağlı bütün incəlikləri əzbər bilən Vardanyanın düşüncə tərzi ilə Azərbaycanın sülhə yanaşması arasında yerdən göyə qədər fərq var. Yəqin ki, bu fərqi Ermənistan tərəfində monitorinqlər aparan Avropa İttifaqının komissiyası da görür.

 

Mənbə:
0
728
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar