• Şikayət et

AZAL və “Azərbaycan Dəmir Yolları” nazirliyə birləşdirilir... - Cahangir Əsgərov da vəzifədən çıxarılır

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Digər sərəncamla Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
O, bu vəzifədə AZAL və ADY-ni kurasiya edəcək.
Gundeminfo.az xəbər verir ki, cebhe.info-ya daxil olan məlumata görə, sonrakı mərhələdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə veriləcəyi gözlənilir. Quruma nəzarət isə Cavid Qurbanovda qalacaq. Bundan başqa “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) də ləğv edilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə veriləcəyi iddia olunur. AZAL prezidenti Cahangir Əsgərovun da vəzifəsindən azad ediləcəyi gözlənilir.

Mənbə:
0
1558
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar