• Şikayət et

"Azərbaycan sülhməramlıların çıxarılmasında israrlı olacaq, lakin bu baş verməyəcək" - Kortunov

"Qarabağda sülhməramlıların mandatının uzadılacağını əvvəlcədən deyə bilmərik".

Konkret.az-a istinadən bildirilir ki, bunu erməni televiziyasının efirində rusiyalı politoloq Andrey Kortunov deyib.

"Qarabağ ərazisində Rusiya sülhməramlıları var və onun orada daha üç il qalmasını nəzərdə tutan saziş var.

Sazişdə nəzərdə tutulur ki, münaqişənin hər iki tərəfi Rusiyanın hərbi mövcudluğunu dəstəkləyir. Nəsə dəyişərsə və Rusiya sülhməramlıları getməyə məcbur olarsa, o zaman Rusiyanın bu regionda təsiri azalacaq.

Ancaq bunun baş verəcəyini düşünmürəm. Təkcə Ermənistan deyil, həm də Azərbaycan Rusiya sülhməramlılarının mövcudluğunu dəstəkləyəcək. Onlar imkan daxilində "status-kvo"ya nəzarət edəcək və bu, birbaşa yerlərdə vəziyyətin mümkün əhəmiyyətli dəyişikliklərini azaldacaq.

Rusiya sülhməramlılarının Qarabağ ərazisində qalma müddətinin uzadılması ilə bağlı istənilən danışıqlar çətin olacaq. Bu mandatın uzadılacağını əvvəlcədən deyə bilmərik. Amma üç il ərzində sülhməramlılar Qarabağda olmalıdır", - deyə Kortunov bildirib.

Politoloq qeyd edir ki, Azərbaycan tərəfi Rusiya sülhməramlılarının Qarabağ ərazisindən çıxarılmasında israrlı olacaq, lakin bu baş verməyəcək.

"Mənə elə gəlir ki, Azərbaycan Moskva ilə mübahisə etmək istəməz. Bakının indi həll etməli olduğu bir çox başqa vəzifələri var. Vəzifə üç il ərzində təkcə Qarabağı deyil, ümumilikdə Ermənistan-Azərbaycan münasibətlərini narahat edən bütün problemlərin həllində ciddi irəliləyişə nail olmaqdır.

İnanıram ki, sülhməramlılar qalacaq", - deyə politoloq fikrini tamamlayıb.

Mənbə:
0
57
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar