• Şikayət et

Azərbaycan XİN: Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Qaziantep vilayətinə raket hücumu nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.

APA xəbər verir ki, bununla bağlı Azərbaycan XİN "Twitter"də bildirib.

“Qardaş Türkiyənin Qaziantep vilayətinin Qarqamış şəhərində məktəb də daxil mülki əhalinin yaşadığı ərazilərə xain raket hücumu nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq!”, - paylaşımda qeyd olunub.

Mənbə:
0
250
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar