Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur

5 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.

ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lərdir.

Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 5-də investisiyaların məbləği 100 milyon manatdan çoxdur. Bunlar "PAŞA Bank" (1 797,044 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 414,143 milyon manat), "Kapital Bank" (1 012,163 milyon manat), "Xalq Bank" (119,535 milyon manat) və “Rabitəbank” (115,528 milyon manat) ASC-lərdir.

Qiymətli kağızlara investisiyaların məbləği 14 bankda 10-100 milyon manat arasında, 3 bankda isə 10 milyon manatdan azdır.

Mənbə:
0
264
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar