• Şikayət et

Azərbaycanda ekoloji polis niyə yoxdur? – RƏSMİ CAVAB

 

“Azərbaycanda ekoloji polis anlayışı yoxdur”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova “Ekspert saatı”nda vətəndaşların suallarını cavablandırarkən deyib.

Nazirlik rəsmisi qeyd edib ki, ekologiya bütün insanların ictimai həyatını əhatə edən sahədir.

“Bu məsələdə ictimai nəzarət olmalıdır. Ekoloji polisin mahiyyəti xəbərdarlıq etmə, cəzalandırma və maarifləndirmədirsə, biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bununla məşğuluq. Belə halda ekoloji polisə ehtiyac olduğunu düşünmürəm. Meşələrdə, şəhərətrafı ərazilərdə, parklarda zibil qutularından kənara məişət tullantılarının, qida qalıqlarının atıldığını görürük. İnsanların ictimai şüurunda ekologiya və ətraf mühitin qorunması, təmiz saxlanması olmalıdır” – şöbə müdiri vurğulayıb.

Mənbə:
0
781
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar