• Şikayət et

Azərbaycanda restoranların "zorakı iftar" tələsi - Menyudan seçimə icazə verilmir

Ramazan ayı ilə bağlı demək olar ki, əksər restoranlarda iftar menyuları mövcuddur. Maraqlısı odur ki, iftar zamanı bəzi restoranlar menyudan digər seçimlərin edilməsinə icazə vermir - yəni "yalnız iftar menyusu seçmək olar, əks halda, restoranda otura bilməzsən”.

Bəs, restoranların bu addımı istehlakçı hüquqlarına ziddirmi?
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sfera.az-a açıqlamasında deyib ki, quruma bu barədə orucluq ayı başlayandan məlumatlar daxil olur:
"Əsasən, iftar menyularının qiymətlərinin çox baha olması istiqamətində şikayətlər mövcuddur. Təəssüf ki, restoranlar və marketlər üçün ölkədə heç bir qayda yoxdur. Yəni Nazirlər Kabinetinin xüsusi qaydaları yoxdur ki, burada istehlakçılarla necə davranmaq olar. Məsələn, böyük problemlərdən biri marketlərdə yaşanır, vətəndaşlara potensial oğru kimi baxırlar, çantaları yoxlayırlar, müştərinin əşyası isə oğurlansa, heç kəs buna cavabdeh olmur və s. Bu cür analoji vəziyyət restoranlarda da var. Bir çayın yanında çoxlu mürəbbə istəməsən, onu vermirlər. Bu kimi problemlər yaşanır, ona görə də restoranlar və marketlər üçün müəyyən qaydaların hazırlanmasını təbliğ edirik. Dəfələrlə İqtisadiyyat nazirliyi qarşısında məsələni qaldırmışıq, amma deyirlər ki, onların (restoran, market) öz ərazisidir və istehlakçılarla istədikləri kimi davrana bilərlər”.
Müsahibimiz deyib ki, ümumiyyətlə, hökumətin biznes qurum üçün rahat şərait yaratma siyasəti, sözügedən qurumların dövlətin qanunları pozmasına gətirib çıxarır:
"Çoxsaylı belə misallar var. Hətta bu yaxınlarda vətəndaş mənə kassa çeki gətirib ki, aşağı hissəsində "filan sayda malları biz geri qaytarmırıq”, cümləsi qeyd olunub. Hansı ki, dövlətin qanunlarında mallar dəyişilən, qaytarılandır. Bunun da səbəbi dövlət qanunlarının zəif olması, istehlakçı hüquqlarını qoruyan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin işləməməsidir. Nəticədə iftar süfrələri ilə bağlı da restoranlarda qeyd edilən hallar müşahidə olunur. İstehlakçının beynəlxalq və yerli hüquqlarından biri onun seçim hüququdur. İstehlakçının seçim hüququnu heç kim məhdudlaşdıra bilməz. Düşünürəm ki, restoranlar burada istehlakçıların seçim hüququnu pozur. Belə hallarda istehlakçılar heç də effektli işləməyən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə zəng edib məlumat versələr, yaxşıdır – 599 76 00”.

Mənbə:
0
1179
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar