• Şikayət et

Azərbaycanın dünya üçün unikal modeli - VİDEO

“İşğaldan azad edilən ərazilərə Böyük Qayıdış”a dair Dövlət Proqramı hazırlanıb. Proqramda ərazilərin mövcud vəziyyəti, bərpa-quruculuq işləri, qarşıya qoyulan hədəflər, əhalinin doğma torpaqlarına geri qayıdışı, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması kimi məsələlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında beynəlxalq təcrübə, azad edilən ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Proqramının əhatə dairəsini təşkil edən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vacib məsələlərədən biri də əhalinin dayanıqlı məskunlaşması məsləsidir. Sözügedən ərazilərdə yaşayış üçün rahat şəraitin yaradılması, Ətraf mühitin mühafizəsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, təbii ehtiyatlardan effektiv istifadə, təhsil, səhiyyə və sosial xidmətlərin qabaqcıl standartlara uyğun təmin olunması qarşıya qoyulan əsas hədəflər sırasındadır.

“Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının azad olunan ərazilərdə tətbiq ediləsi əhalinin məşğulluq imkanlarının artırılması ilə yanaşı sosial xidmətlərin əhatə dairəsini də genişləndirəcək. Bundan başqa Qarabağ və Şərqi Zəngəzuru təkcə türk dünyası üçün deyil, bütöv regionun önəmli nəqliyyat kommunikasiya mərkəzinə çevirməkdir.

Xarici donor və təşkilatların da bu prosesə dəstək verməsi üçün imkanlar mövcuddur. 30 il ərazində öədalətsiz mövqe nümayiş etdirən beynəlxalq birlik ümid edirik ki, bundan sonra heç olmasa Böyük Qayıdış prosesinə humanitar sahədə töhvə verəcəklər.

 

 

Mənbə:
0
741
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar