• Şikayət et

Azərbaycanlı uşaqdan Putinə təsirli müraciət – VİDEO

 

Ukraynanın Kiyev şəhərində yaşayan 11 yaşlı azərbaycanlı Yusif Aslanov Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Cumhuriyyet.az Modern.az-a istinadən xəbər verir ki, Yusif Rusiya liderini Ukraynada müharibəni dayandırımağa çağırıb.

Yusif 2020-ci ildə Azərbaycanda olduğu müddətdə erməni terrorçuların Qarabağdakı müharibəsini Rusiyanın prezidentinə xatırladıb. O, aprelin 24-də Rusiyanın Kiyev şəhərini bombardman etməsinin sədaları altında yuxudan oyandığını və müharibə nəticəsində uşaqların, qadınların, qocaların öldürüldüyünü bildirib.

O, Putindən müharibəni dayandırmağı istəyib. Yusif 11 yaşı olmasına baxmayaraq, özünü Ukraynanın əsgəri hesab etdiyini deyib.

Qeyd edək ki, Yusif Aslanov uşaqlıqdan Xocalı soyqırımı ilə bağlı Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında, BMT-nin, ATƏT-in nümayəndəliklərinin qarşısında keçirilən aksiyalarda iştirak edib.

Mənbə:
0
829
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar