• Şikayət et

"Azəriqaz"da həbs edilən məmur kimin qohumudur? İDDİA

"Azəriqaz"da başladılan yoxlamalar çərçivəsində saxlandığı deyilən, qurumun baş direktorunun istismar üzrə müavini Cahid Hüseyinli haqda AFN.az-a məlumat daxil olub.
Bildirilir ki, C.Hüseynli Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq məhkəmədə barəsində 8 il 6 ay həbs qərarı çıxarılan Əjdər Olun yaxın qohumudur. Əjdər Ol sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dövründə nazirlikdə aparat rəhbəri vəzifəsində çalışıb. Qeyd edək ki Ə.Cəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini vətəndaşlardan rüşvət qismində istəyərək alıb. O, qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib.
C.Hüseynli ilə bağlı məlumatı verən mənbənin sözlərinə görə, müavinin Salyan rayonunda hektarlarla sahədə istilikxana kompleksləri var: "Əhaliyə yazdıqları borcu həmin istilikxanalarda işlətdikləri qazın əvəzində yükləyiblər. Cahid Hüseynli həm də "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyevin tələbə yoldaşıdır. Bəzi məlumatlara görə, Salyandakı istilikxana komplekslərində şərikdirlər".
Qeyd edək ki, Cahid Hüseynovun bir qardaşı da vaxtilə Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinin rəisi vəzifəsində çalışmış Cəfər Hüseynov olub. Mediada dərc edilən məlumatlara görə, o zaman Cəfər Hüseynov işində yol verdiyi nöqsanlara və maliyyə yeyintilərinə görə vəzifəsindən kənarlaşdırılıb.
Onu da bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparıldığı deyilən yoxlamalarda bəzi şəxslərin saxlandığı, bəzilərinin isə izahatı alındıqdan sonra sərbəst buraxıldığı bildirilir. Hələlik, bu barədə ictimaiyyətə hər hansı açıqlama verilməyib.
Mövzunu diqqətdə saxlayacağıq.

Mənbə:
0
1375
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar