• Şikayət et

Bakı Turizm Peşə Məktəbində Anım Günü tədbiri keçirilib - FOTOLAR

 

Sentyabrın 26-da Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə kollektivi 27 Sentyabr – Anım Günü ərəfəsində İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Məktəbin mətbuat xidmətindən Turizmplus.az saytına verilən məlumata görə, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarına gül dəstələri qoyulub, dualar oxunub.

27 sentyabr – Anım Günü ilə əlaqədar Bakı Turizm Peşə Məktəbində tədbir keçirilib.

Anım mərasimində məktəbin direktoru Neylüfər Kərimova, rəhbər işçilər, müəllim kollektivi və tələbələr iştirak edib. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Bakı Turizm Peşə Məktəbinin direktoru müavini Tehran Musayev Azərbaycanın müzəffər ordusunun 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında yenilməz şücaətindən danışıb. O, vurğulayıb ki, Azərbaycan xalqı bizə zəfər hissini yaşadan şəhid və qazilərini heç zaman unutmayacaq.

Daha sonra söz Bakı Turizm Peşə Məktəbində hazırda təhsil alan Aprel döyüşləri və Vətən müharibəsi iştirakçıları olmuş tələbələrə söz verilib. Onlar keçdikləri döyüş yolu barədə tələbə yoldaşlarına məlumatlar veriblər.

 

Mənbə:
0
2011
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar