Paytaxtın Moskva prospektində təhlükəli vəziyyət hökm sürür.
Xeberoxu.Az Avtosfer.az-a istinaən xəbər verir ki, bu barədə vətəndaşlar şikayət ünvanlayıb. Bildirilir ki, dilənçilər dəstə ilə avtomobillərin intensiv hərəkətdə olduğu yolun ortasında sürücülərdən pul istəyir.
Eyni zamanda maşınların dalınca qaçaraq təhlükəli vəziyyət yaradır. Pul verməyən sürücülərin avtomobillərini təpikləyirlər.
Təqdim etdiyimiz videogörüntülərdə də analoji vəziyyətdir. Ümid edirik ki, aidiyyatı üurumlar məsələ ilə ciddi şəkildə məşğul olacaq.
0
77