Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtdakı “Location” gecəklubunda baş verən partlayışda təqsirləndirilən şəxslərin məhkəməsibaşlayıb.
Trend-in məlumatına görə, Hakim Faiq Qəniyevin sədrliyi iləkeçirilən prosesdə zərərçəkmiş Adil Mehdiyevin nümayəndəsi mülkiiddia qaldıraraq hər üç təqsirləndirilən şəxsin mülki cavabdeh kimitanınmasını istəyib. Hakim mülki iddianı qəbul edib vəaraşdırılması üçün cinayət işinə əlavə edib.
Daha sonra məhkəmə istintaqı başlanıb və prokuror ittiham aktınıelan edib.
İttihama münasibət bildirən hər üç təqsirləndirilən şəxs elanolunmuş ittiham üzrə özlərini təqsirli bilməyib.
Rəsul Rəsulov hazırkı mərhələdə ifadə vermək istəməyib. Obildirib ki, vəkili ilə məsləhətləşmədən sonra ifadə verəcək.
Daha sonra sərbəst ifadə verən təqsirləndirilən Orxan Səfərovbildirib ki, bu iş başlanandan özünün təqsirsiz olduğunu deyib:"Amma bunlar nəzərə alınmayıb. Mənim təqsirsiz olmağımla bağlısəbəblər çoxdur. İttiham aktını oxuyanda məlum olur ki, mənə qarşıqərəzli istintaq aparılıb. Orada yazılanların mənimləyaxından-uzaqdan heç bir əlaqəsi yoxdur".
Təqsirləndirilən şəxsin sözlərinə görə, klubun təsisçisiolmayıb: "Rəsul Rəsulov guya deyib ki, göstərişi məndən alıb. Ammamənim heç bir əlaqəm olmayıb. Mənim təsisçi olmağım barədə heç birsübut yoxdur. Təsisçi iş üzrə şahid İsrail Usubov olub. 2018-ciildə İsrail ilə Ayxan çay evi təsis edib və fəaliyyət göstərib.Mənim ora ilə heç bir əlaqəm yoxdur. Mənim İsrail ilə dostluqmünasibətim olub. Pandemeya yaranandan sonra Ayxanla İsrailinmünasibətləri pozuldu. Bundan sonra Ayxana məxsus olan şirkətin 50faizi mənim adıma keçdi. Bu da İsrailin təkidi ilə olub. Sonradançay evi "Pub" kimi fəaliyyət göstərib. Mən orada direktor olsam da,faktiki olaraq bu işi icra etməmişəm. Çünki mən klubun idarəçisiolmamışam. Orada olanlardan mənim xəbərim olmayıb. Partlayışolandan sonra məni təqsirli biliblər".
Prokurorun suallarını cavablandıran Orxan Səfərov deyib ki,partlayışın əsl günahkarını məhkəmə müəyyən edə bilər.
Təqsirləndirilən şəxsin sözlərinə görə, üst-üstə klubda 3-5 dəfəolub. Qeyd edib ki, orada da qonaq qismində iştirak edib.
Orxan Səfərovun sözlərinə görə, icarəyə götürülən obyektinsahibi ilə heç bir şəriklik əlaqəsi olmayıb: "Mənə ASAN xidmətdəicarə müqaviləsi imzalanmasını deyiblər. Mən də imza etmişəm.Bundan sonra Azərbaycanda olmamışam. Obyektin qurulmasında iştiraketməmişəm. Həmin obyektin gəlirindən mənfəət gözləmirdim. Çünki2015-ci ildə Kəbədə ziyarətdə olmuşam, içkidən, spirtdən gələngəliri götürməmişəm. Mən ora heç kimi də işə götürməmişəm, üz-üzəgəlməmişəm, məni heç kim tanımır. Heç kimə də göstərişverməmişəm".
O əlavə edib ki, partlayış baş verməmişdən 45 gün əvvəl MMC-nindirektoru vəzifəsindən də çıxıb və ora ilə heç bir əlaqəsiolmayıb.
Orxan Səfərov deyib ki, cinayət işində adıkeçən zərərçəkmişlərinheç birini tanımayıb. Onun sözlərinə görə, klubun alınması iləbağlı ofisə məlumat gəlib və alınıb: "Şirkət razılıq verib. Bununlabağlı da İsrail Usubov qərar verib. Bütün işləri də onlar edib. Mənheç nə görməmişəm. İşçiləri Rəsul Rəsulov danışıb, götürüb. Gəlirləbağlı nə olub, heç nə bilmirəm. Heç kim də mənə oradan heç birvəsait verməyib".
Təqsirləndirilən şəxs deyib ki, bir dəfə “Location” klubda qonaqqismində iştirak edib.
Hakim onun bundan əvvəl 2-3 dəfə klubda olmağı ilə bağlı verdiyiifadələrdə dəqiqləşdirmə aparıb. O, klubda olmasınıtəsdiqləyib.
"Ora gündüz saatlarında getmişdim. Obyektdə heç kim yox idi.Zalda olmuşam, mətbəxə keçməmişəm. Heç bir işə nəzarət etməmişəm.Çünki marağım olmayıb", - təqsirləndirilən şəxs deyib.
Orxan Səfərov bildirib ki, İsrail Usubovla MMC-yə 50 faizşərikliyi formal olub və o, klubun işləməsinə heç bir vəsaitqoymayıb: "Çünki buradan heç bir maddi gəlir güdməmişəm. Ayxanlaarası dəyəndən sonra İsrailin güvənə biləcəyi yaxın adamı olmayıb.Buna görə də formal olaraq mənimlə şərik oldu. Mən yalnız sənədlərəimza atmışam".
Prosesdə ifadə verən digər təqsirləndirilən Ruslan Məmmədov isəbildirib ki, həmin obyektin VÖEN-i olmayıb.
"Buna görə də biz o obyektdə yoxlama aparmamışıq. Hadisədən biray əvvəl o əraziyə təhkim olunmuşam. Həmin obyektdə heç bir yoxlamaaparmamışam", -təqsirləndirilən şəxs deyib.
Proses avqustun 1-də davam edəcək.
Qeyd edək ki, bu il aprelin 3-də gecə saat 03 radələrindəpaytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-cimərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış başverməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəlibədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayışobyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiqmaddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğunİstintaq idarəsi tərəfindən aparılıb.
Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunanobyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydalarıntələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olanqaz balonundan istifadə edilib, həmin qaz balonunun partlamasıbinada dağıntılara və yanğına səbəb olub.
İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayətedilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food”MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma -ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağırnəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceriOrxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci(səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və yadigər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elanedilib.
Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğıntəhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə HallarNazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi DövlətYanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindənvəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyənedildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilətəqsirləndirilən şəxs qismində cəlb olunub.
Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiqqərarları ilə həbs qətimkan tədbiri seçilib