• Şikayət et

Bakıda tanışını bıçaqlayan şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyətilə tanışını bıçaqlamaqda təqsirləndirilən Telman Fərəcovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Telman Fərəcov 6 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsində baş verib.

30 yaşlı Fərəcov Telman İlham oğlu şəxsi münasibətlər zəminində 43 yaşlı Talışov Cavid Dursunəli oğlunun qarnına bıçaqla xəsarət yetirib.

Nəticədə C.Talışov ağır xəsarətlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Kamal Məmmədov

Mənbə:
0
81
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar