• Şikayət et

Başsağlığında gizlənən mesaj - VİDEO

Bu əməli törədənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Biz bu mesajı aldıq. Narahat olmasınlar. Qarşılığını daha ağır şəkildə verəcəyik.

Bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.

O, Ağ Evdən gələn başsağlığı mesajına da toxunub.

Türkiyənin Daxili İşlər naziri insan ölümü ilə nəticələnən terror aktını törəməkdə şübhəli bilinən şəxsin saxlanıldığını da deyib. O, izlərin Ankaranın terrorçu elan etdiyi Suriyadakı kürd qruplaşmalarına aparıb çıxardığını bildirib.

Qeyd edək ki, terror aktından bir neçə saat sonra, onu qadının törətdiyi iddia edilirdi. Polisin saxladığı şəxs qadın olsa da, onun şəxsiyyəti açıqlanmır.

Süleyman Soylu açıqlamasında terrorla mübarizədə Türkiyənin müttəfiqlərini qeyri-səmimi olmaqda ittiham edib.

Qeyd edək ki, bazar günü İstanbulun mərkəzindəki İstiqlal prospektində törədilən terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Yaralananlardan 50-nin müalicəsi başa çatdıqdan sonra onlar evə buraxılıb, 5-i isə hələ də reanimasiya şöbəsindədir, Reanimasiyada olanlardan 2-nin vəziyyəti ağırdır.
 

Mənbə:
0
527
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar