• Şikayət et

Bayden Polşadakı insidentdən sonra Balidə dünya liderləri ilə təcili toplantı keçirib

ABŞ prezidenti Co Bayden və digər dünya liderləri Polşada Ukrayna ilə sərhəddə raketin düşdüyü iddia edilən insidentdən sonra Bali adasında təcili toplanıblar.

Bu barədə çərşənbə günü "TASS" agentliyi məlumat yayıb.

Məlumata əsasən, toplatıda həmçinin Yaponiyanın baş naziri Fumio Kisida, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Kanadanın baş naziri Castin Trüdo, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, İspaniyanın baş naziri Pedro Sançez, Niderlandın baş naziri Mark Rütte və İtaliyanın baş naziri Corca Meloni iştirak ediblər.

Xatırladaq ki, ötən gün Polşanın Pşevoduv kəndi ərazisinə raket düşüb. Hadisə nəticəsində 2 Polşa vətəndaşı həlak olub.

Mənbə:
0
671
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar