Yerevan Ankara ilə ilkin şərt olmadan əlaqələr qurmağa hazırdır.
Bu fikri Ermənistan Prezidenti Vaaqn Xaçaturyan səsləndirib.
O, bildirib ki, Ermənistan üçün bütün qonşularla, o cümlədən Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin qurulması heç vaxt mübahisəli məsələ olmayıb.
“Biz hər zaman sərhədlərin açılması və Türkiyə ilə ilkin şərt olmadan əlaqələrin qurulmasının tərəfdarı olmuşuq” – deyə Ermənistan Prezidenti bildirib.
Vaaqn Xaçaturyan əlavə edib ki, bu ifadə həm də qondarma “erməni soyqırımı” məsələsinə aiddir.
Günel Mikayılova