• Şikayət et

BNA bu yola 2 nişan quraşdırdı, aləm bir-birinə dəydi - VİDEO

Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı nişanlar sürücülərdə çaşqınlıq yaradıb.

Söhbət paytaxtın Heydər Əliyev prospekti ilə Davud Aslan küçəsinin kəsişməsindən gedir. Belə ki, Heydər Əliyev prospektindən gələn sürücülər əvvəllər həm sağa - Davud Aslan küçəsi istiqamətinə, həm də geriyə dönərək Dövlət Neft Şirkətinə və onun ətrafındakı ərazilərə gedə bilirdilər. Lakin edilən son dəyişiklikdən sonra Dövlət Neft Şirkəti istiqamətinə gedən yolun girişinə 3.2 - hərəkət qadağandır nişanı quraşdırılıb. Nişanın təsir sahəsinə isə yalnız orada işləyən insanlar daxil ola bilir. Digər şəxslərin hərəkəti inzibati məsuliyyət yaradır.
Hərəkət qadağandır nişanı ilə yanaşı yolun girişinə 5.15 - parklanma yerini bildirən nişan da quraşdırılıb. Öncə qeyd edək ki, quraşdırılan bu nişan standarta uyğun deyil. Çünki qanunvericilikdə 5.15 nişanının üzərində təşkilatın adı, həmçinin "xidməti" sözünün yazılması nəzərdə tutulmayıb. Nişanın isə orada quraşdırılması ayrı bir mövzudur. Nəqliyyat vasitələri nişanın təsir sahəsində park edilsə yolda hərəkət avtomatik olaraq iflic olacaq. Çünki park edilən avtomobillə ayırıcı zolaq arasında 3 metrdən az məsafə qalır. Bu isə həm qanunazidd parklanmadır, həm də belə parklanma yolda hərəkət hissəsini daraldaraq yolu keçilməz edir.

 


Mənbə:
0
310
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar