• Şikayət et

Bred Pitt məşqçi rolunda

Dünya şöhrətli amerikalı aktyor və prodüser Bred Pitt məşhur “Formula- 1” avtomobil yarışları haqqında yeni blokbaster çəkməyə hazırlaşır. Film bu sahədə “əfsanəvi veteran”ın məşqçi kimi qayıdışından bəhs edəcək. O, öz zəngin təcrübəsindən perspektivli yeni pilota kömək etmək üçün əlindən gələni edən məşqçini canlandıracaq. Filmdə baş rolu məhz Bredd Pitt oynayacaq.
Çəkilişlər zamanı əsl yarış avtomobillərindən və “Formula -1” trekindən istifadə ediləcək. “Mercedes” komandasının təcrübəli britaniyalı pilotu, yeddiqat dünya çempionu Luis Hamilton filmin yaradıcı heyətinə lazımi məsləhətlər verəcək. O, həmçinin filmin prodüseri olacaq.
Bred Pittin fanatları üçün qeyd edək ki, büdcəsi 140 milyon dollar olacaq filmin gələn ilin sonunda nümayiş etdiriləcəyi bildirilir.
Maraqlıdır ki, 1963-cü ildə Oklahoma ştatında anadan olan Bred Pitt ABŞ-ın ­44-cü Prezidenti Barak Obamanın “əmioğlusu” sayılır. Belə ki, hər ikisi XVIII əsrdə Oklahomada yaşamış Edvin Hikman adlı bir şəxsin nəslindəndir.

 

Mənbə:
0
1321
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar