• Şikayət et

Brenda Şaffer: Məcburi köçkünlərin öz evlərinə qayıda bilməsini görmək çox yaxşıdır

“Gördüyünüz kimi, dünyanın müxtəlif nöqtələrində faciələr baş verir. Bu, çox sayda məcburi köçkün və qaçqın axınına səbəb olub. Bu günlərdə insanların öz evlərinə geri qayıda bilməsi ilə bağlı yaxşı xəbərləri eşitmək çətindir. Lakin Azərbaycan bu məsələdə istisnadır”.

APA xəbər verir ki, bunu bu gün Zəngilanın Ağalı kəndinə və Xudafərin körpüsünə səfər edən amerikalı tədqiqatçı Brenda Şaffer deyib.

Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarını azad edib insanların qayıdışı üçün onlara ev tikir: “Nəhayət ki, məcburi köçkünlərin öz evlərinə qayıda bilməsi ilə bağlı belə situasiyanı görmək çox yaxşıdır. Regionda vacib hadisələr baş verir. Bunlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır, siz dəmir yolu xətlərini, yolları görürsünüz, hər yerdə tikinti gedir. Xudafərinin ətrafı ərazilər tezliklə dünya ilə daha yaxşı əlaqələnəcək. Bu əlaqələnmə infrastrukturun - çəkilməkdə olan dəmir və avtomobil yolları xətlərinin hesabına baş verəcək”.

O əlavə edib ki, Zəngəzur dəhlizi Çindən Qara dənizə kimi yeni imkanlar açacaq.

O qeyd edib ki, boru kəmərlərinə Rusiyadan gedən boru kəmərlərinə alternativ kimi deyil, şaxələnmə kimi baxılmalıdır: “Məsələn, Qazaxıstanda zəngin neft ehtiyatları var və ölkənin ixracı gələn il artacaq. İxrac üçün alternativ yollar axtarılmalıdır. Burda artıq “Rusiyanın əvəzinə” deyil, “Rusiyaya əlavə olaraq” şaxələndirmədən danışırıq. Deyim ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri əlavə tutumla tikilib, yəni tutumu Azərbaycanın ehtiyacından da böyükdür. Cənub Qaz Dəhlizi də oxşar mexanizmlə çəkilib, onun tutumunu iki dəfə artırmaq mümkündür. Bəs, bunu niyə elə çəkiblər? Çünki bu strateji baxışdır. Heydər Əliyevi strateji baxışı və İlham Əliyevin strateji baxışı. Onlar bilirdilər ki, bir gün Mərkəzi Asiyanın nefti və qazı gələcək. Bu qaçılmaz idi ki, bu regionun enerji resurslarını Qərbə çatdırmaq üçün alternativ yollara ehtiyac olacaq. Ona görə də bu infrastruktur böyük tutumla tikildi. Mən inanıram ki, bu kəmərlər vasitəsilə enerji ötürüləcək, yəni enerji Mərkəzi Asiyadan Qərbə şaxələnmə vasitəsilə ötürüləcək. Bu isə həm Mərkəzi Asiya xalqlarının, həm də Cənubi Qafqazın xeyrinə olacaq”.

Mənbə:
0
545
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar