• Şikayət et

"Bu gün Ermənistanın problemlərinin çoxu Türkiyədən və Azərbaycandan gəlir" - Erməni türkoloq

“Bu gün Ermənistanın problemlərinin çoxu Türkiyədən və Azərbaycandan gəlir”.

Bu gün İrəvanda erməni türkoloqların iki yeni kitabının təqdimatı keçirilib. Kitabların hər ikisi Azərbaycan və Türkiyəyə nifrət hissləri ilə yazılıb.

“Nifrət ritorikasının klassik hədəfləri”: 2019-2021-ci illərdə Türkiyə və Azərbaycan media sahəsində ermənilər və Ermənistan” adlı kollektiv monoqrafiya, digəri isə Türkiyəyə nifrət dolu “Dünya dövrünün ideoloji konstitusiyası” kitabıdır.

Təqdimatda Azıərbaycan və Türkiyədən gələn “təhdid və təhlükələr” müzakirə olunub.

“Biz əminik ki, dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrin öhdəsindən yalnız elmi yanaşma ilə gəlmək olar. Bu çağırışların çoxu bu gün Türkiyə və Azərbaycandan gəlir.

Ona görə də, bu çağırışlara, əks-hərəkətlərə effektiv şəkildə qarşı çıxmaq üçün, niyə də olmasın, sərhədlərin o tayında üzləşdiyimiz miqyası və məqsədləri tam dərk etmək lazımdır”, – türkoloq Varujan Qeqamyan deyib.

Mənbə:
0
510
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar