• Şikayət et

Büdcə ilinin dəyişdirilməsi təklif olunur - VİDEO

Azərbaycanda dövlət büdcəsi ilə bağlı təqvim ilinin aprelin 1-də başlaması və martın 31-də başa çatması təklif edilir.

Bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında çıxış etdi.

Parlamentin komitə sədrinin hökumətə daha bir təklifi isə inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində hibrid iqtisadi siyasətə keçidlə bağlı oldu.

Qeyd edək ki, noyabrın 16-da Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsinə başlanılıb. Müzakirələr üç gün davam edəcək.

REAL

 

Mənbə:
0
729
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar