• Şikayət et

Buzlar adasının buzsuz sakinləri

İslandiyada buzla mübarizədə qeyri-adi həll yolu tapılıb. Belə ki, ölkə paytaxtının sakinləri və qonaqları şəhərin küçələrində gəzərkən daha donmaqdan qorxmurlar. Çünki Reykyavikdəki səkilərin çoxu təbii şəkildə qızdırılır.


Məlum olduğu kimi, İslandiya həm də termal bulaqları ilə məşhurdur. Ona görə də termal sular dövlət üçün pulsuz enerji mənbəyidir - onların istiliyi elektrik stansiyalarında elektrik enerjisinə çevrilir. Qeyzerlər İslandiyada neftə və daş kömürə olan ehtiyacı tamamilə ödəyir. Hazırda binaların qızdırılması qeyzerlərin hesabına aparılır. Hətta şitilliklərdə tərəvəzçilik qeyzerlərin hesabına son vaxtlarda xeyli genişləndirilib.
Burada onların sayı həqiqətən çoxdur və ordan daim isti su axır. Onlardan ən böyükləri "Qeysir" və "Strokkur"dur. Onlar xüsusi "atəş dərəcəsi" ilə fərqlənir. Qeyzer sanki nəfəs alır və hər 10 dəqiqədən bir 7-8 metrədək isti su fontan verir.
Paytaxt Reykyavikdə səkilərə gəldikdə, qaynar bulaqlardan əldə edilən istilik enerjisindən ilin istənilən vaxtında istifadə olunur. Məhz buna görə səkilər həmişə quru, təmiz və gəzinti üçün rahatdır. Rəsmi qurumlar ölkədəki bütün yollarda buzlaşmanın qarşısını almaq üçün yerin altından isti su borularının çəkiləcəyini bildiriblər.

Mənbə:
0
989
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar