• Şikayət et

Cəbrayılda DSX hərbiçiləri qəzaya düşdü, ölən və xəsarət alan var

Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbiçiləri qəzaya düşüb.

DSX-nin Mətbuat Mərkəzindən verilən xəbərə görə, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində xidmətə məxsus "UAZ" markalı avtomobil hərəkətdə olarkən "Shagman" markalı yük avtomobili "UAZ"ın hərəkət zolağına çıxıb və qəza baş verib. Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.

DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.

Mənbə:
0
373
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar