• Şikayət et

De Brüyne: "Belçikaya autsayder kimi baxıram"

Belçika millisinin üzvü Kevin de Brüyne DÇ-2022-ni qazanacaqlarına inanmır.

Qol.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə 31 yaşlı yarımmüdafiəçi öz açıqlamasında deyib. De Brüyne bildirib:

“Şans yoxdur. Biz artıq çox qocalmışıq. Düşünürəm ki, çempion olmaq üçün 2018-ci ildə şansımız var idi. Yaxşı komandamız var, amma artıq köhnəlirik. Bir neçə əsas oyunçumuzu itirmişik. Yaxşı yeni oyunçularımız var, lakin onlar 2018-ci ildəki digər futolçuların səviyyəsində deyillər. Mən bizə autsayder kimi baxmağı üstün tuturam”.

Qeyd edək ki, Belçika ilk turdan sonra F qrupunda 3 xalla liderdir. Komanda növbəti oyununu sabah Mərakeşə qarşı keçirəcək.

Mənbə:
0
336
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar