• Şikayət et

DİP jurnalistləri mükafatlandırdı

"Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafata 2022-ci ildə layiq görülən jurnalistlərin adları açıqlandı.

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 22 iyul - Milli Mətbuat Günü münasibətilə "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafata 2022-ci ildə layiq görülən şəxslərlə bağlı qərarını açıqlayıb.

Qərara əsasən, sözügedən mükafat və müvafiq diplom daxili və xarici siyasətlə bağlı məqalələrinə görə Nemət Orucov (Telegraf.com-un əməkdaşı) və ölkənin ictimai-siyasi həyatı ilə bağlı məqalələrinə görə Aysel Aslana (modern.az) təqdim ediləcək.

Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini milli mətbuatımızın yaradılmasının 147 illiyi münasibətilə təbrik edir.

 

Mənbə:
0
3157
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar