• Şikayət et

Diplomatik savaşımız Ermənistanla deyil, Rusiya ilədir

Fikrət Cəfərli Hüquq müdafiəçisi
Dövlət başçısı İlham Əliyevi ölkədə insan hüquqları və əsas azadlıqların, o cümlədən siyasi, sərbəst toplaşmaq hüququnun bərbad vəziyyətdə olmasında, siyasi motivli həbslərin artmasında, hüquq mühafizə, məhkəmə sisteminin kriminallaşmasında, azad, şəffaf seçkilərin keçirilməməsində, ümumilikdə dərin islahatların aparılmamasında istənilən qədər tənqid, hətta ittihamda etmək olar.
Amma və lakin Qarabağ məsələsində, sülh sazişindən yayınmaqda, münaqişəni uzatmaqda, sərhəd toqquşmalarında maraqlı olmaqda ittiham etmək qərəzlidir və dövlətimizin, xalqımızın maraqlarına ziddir.
Hər kəsə aydındır ki, Azərbaycan sülh sazişinə dair ABŞ və Avropa İttifaqının təklif etdiyi sülh planını tam olaraq dəstəkləyirdi, təklif olunan layihənin realizə olunması, prosesin işə düşməsi naminə hətta Rusiya ilə riskli konfliktlərə getməyədə hazır idi. Lakin Rusiya buna imkan vermədi və prosesi blokladı...
Bəziləri düşünürdülər ki, ermənilər 30 illik işğal altında saxladıqları torpaqlarımızı 44 günlük müharibədə məğlub olduqdan sonra Azərbaycanın təklif etdiyi barışıq sazişini dərhal qəbul edərək heç nə olmamış kimi təslim olacaqlar.
Biz qalib xalq, dövlət olaraq, 3000 mindən artıq şəhid, minlərlə qazilərimizin olmasına baxmayaraq psixoloji cəhətdən hazırıq. Təbii ki, bizim psixoloji cəhətdən gerçək barışa hazır olmağımız möhtəşəm qələbəmizdən doğan psixoloji amillə bağlıdır.
Lakin ermənilər hələ də nə baş verdiyinin şokunu yaşayırlar və ən çox müzakirə etdikləri mövzuda budur ki, necə oldu 30 il işğalda saxladıqları torpaqları, işğal üzərindən əldə etdikləri bütün mənəvi-psixoloji, qapalı beynəlxalq təsibkeşlik-dəstək və təbii istehkam-hərbi üstünlükləri Azərbaycan ordusu cəmi 44 günə vurub darmadağın etdi? Hətta havadarları Rusiyada onlara qısa müddətdə darmadağın olunmasına mane ola bilmədi.
Qaldı ki Laçın-Xankəndi yolunda nümayiş etdirilən yumuşaq güc məsələsinə, hesab edirəm ki, tam doğru taktikadır. Amma məqsədə çatmaq üçün yetərlidirmi? Bunu indidən demək çətindir. Çünki hamıya bəllidir ki, hazırda diplomatik savaşımız Ermənistanla deyil, mütərəqqi dünyanın əlində aciz qaldığı, sivil dünyanın sabitliyini pozan dağıdıcı Rusiya ilədir. Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Mənbə:
0
429
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar