Bakı. Trend:
DOST xidmətlərindən faydalanan vətəndaşların sayı 1 milyonaçatıb. Bakı şəhər sakini Ələkbərova Nisəxanım İzzətulla qızı DOSTxidmətlərinə müraciət edən 1 milyonuncu vətəndaş olub.
Ölkəmizdə səfəri çərçivəsində DOST Agentliyi ilə tanış olanTürkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık və əmək vəəhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu münasibətləN.Ələkbərovanı təbrik edərək, ona təşəkkürnamə və hədiyyələr təqdimediblər.
N.Ələkbərova yaşa görə pensiyadan ailə başçısını itirməyə görəpensiyaya keçmək üçün 1 saylı DOST mərkəzinə müraciət edib. O,mərkəzdə müraciətinin operativ və müsbət cavablandırılmasından,ümumən göstərilən DOST xidmətlərindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayındaDOST Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb. Birincivitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOSTkonsepsiyası dövlət sosial xidmətlərindən ibarət 154 xidmətin “birpəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdimolunmasını təmin edir.
DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi isə 98,2faizdir.
Bakı şəhəri və Abşeron rayonu DOST şəbəkəsi ilə əhatə olunub.Hazırda paytaxtda daha bir DOST mərkəzinin, habelə respublikanınregionlarında, o cümlədən işğaldan azad edilmiş bölgələrimizdə DOSTmərkəzlərinin açılması üçün işlər aparılır.