• Şikayət et

Dünyada hər il 12 milyon qız erkən nikaha daxil olur

Dünyada erkən nikaha daxil olan qadınların xüsusi çəkisi 15 faiz azalıb və nəticədə təxminən 25 milyon qızın erkən nikah bağlamasının qarşısı alınıb.

BMT-nin açıqladığı məlumatlara əsasən, 2010-2020-ci illər ərzində dünyada erkən nikaha daxil olan qadınların xüsusi çəkisi 15 faiz azalıb və nəticədə təxminən 25 milyon qızın erkən nikah bağlamasının qarşısı alınıb.

Xeberoxu.Az xəbər verir ki, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov 4 saylı cəzaçəkmə müəssisəsində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Gender bərbərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda tədbirdə deyib.

O bildirib ki, BMT-nin məlumatına əsasən, hələ də hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur.

H.Hüseynov onu da əlavə edib ki, BMT-nin açıqladığı məlumata əsasən, 2020-ci ildə təqib olunma, silahlı münaqişə və zorakılıq nəticəsində dünya əhalisinin 1 faizə qədəri və ya 82.4 milyon nəfər yaşayış yerini dəyişməyə məcbur qalıb. 2015-2020-ci illər ərzində 12 silahlı münaqişə nəticəsində 176 095 mülki şəxs həlak olub.

O da qeyd olunub ki, 2020-ci ildə uşaq əməyinə cəlb olunan uşaqların sayı 160 milyon nəfər (63 milyon qız, 97 milyon oğlan) olub ki, bu da dünya üzrə hər 10 uşaqdan 1-i deməkdir.

Mənbə:
0
281
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar