May ayından bəzi Avropa ölkələrində, ABŞ, Kanada, Avstraliyada, həmçinin qonşu Türkiyədə meymunçiçəyi virusuna yoluxma qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, ilk meymunçiçəyinin aşkar olunduğu Böyük Britaniyada yoluxmaların sayı 1000-i, ABŞ-da isə 300-ü ötüb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən ay ərzində 49 ölkədə ən azı 4 700 yoluxma qeydə alınıb.
ABŞ səhiyyə rəsmiləri əhalini meymunçiçəyi virusuna qarşı peyvənd olunmağa çağırıb. Ağ Evin COVID-19 koordinatoru professor Aşiş Ca sərt tədbirlər görəcəklərini açıqlayıb.
Qeyd edək ki, Azərb aycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb.